dini radikalizm və ekstremizmlə mübarizə

GƏL SARILARAQ RƏQS EDƏK

Baxış Sayı:616

GƏL SARILARAQ RƏQS EDƏK
Hal hazırda şənlikdəyik. Söz verdilər danışdım, hətta dostların sevincinə şərik olaraq rəqs etdim gül üzlüm. Elçin Məmmədov mənə bacı deyir. Elçinin bacısı yoxdur, həmişə deyir: mənim böyük bacımsan, demək sənə də dayı sayılır. Onunla tanışlığımız sənin gedişindən sonra oldu qızım. Hər mövzumuz sənin üzərində köklənir. Təbdirdə olarkən sosial şəbəkədə sənin haqqında yazdığı yazını oxudum gül üzlüm. İçim yandı, dünya başıma fırlandı. Demək ki, səni təbrik etmək istəyən tək mən deyilmişəm.Demək sən tək mənim əzizim deyilsən, demək ki, sən yaşayırsan. Bir insan unudulmayırsa demək ki,bu həyatda olmasa belə yaşayır. Ancaq bu həsrət elə bir bəladır ki, insanı sararkən dünya ona dar gəlir. Bu an qəlbim durmaq istəyir, sənə qovuşmaq üçün. Səndən incimişəm qızım, sən çox diqqətli övlad idin, sən hər kəsdən öncə məni təbrik edərdin sürpriz etməyi sevərdin. Sənin hər bayram sürprizin fərqli olardı heç vaxt təkrarlığa yol verməzdin. Necədə fərqli-fərqli ideyalar tapardın. Heç yadımdan çıxmaz bir gün 8 mart günü otağıma keçərək diz çökdün başını sinənə əyərək musiqi sədaları altında məni rəqsə dəvət etdin. Mənə sarmaşıq kimi sarılaraq vals etdin. Gözlərini yummuşdun, sanki musiqi sədaları altında uyumuşdun. Yatmağı çox sevdiyin üçün musiqi bitdikdə dedim: ay tənbəl hətta rəqs edəndə yatırsan. Sən dedin: Mən ana qucağından doymamışam, bəlkə birdə səni qucağlamaq nəsibim olmayacaq.
Belədə oldu sən mənə birdə sarılaraq rəqs etmədin gül üzlüm. İndi illərdir səni gözləyirəm 9 ildir gözləyirəm bəlkə bir gün yenədə mənə sürpriz edərək geri gələrsən. Səndən sonra heç kim məni sənin kimi təccübləndirə bilmədi gülüzlüm. Gəl, gəl nə olar gəl yenədə sarılaraq rəqs edək qızım o günkü kimi.((((

Oxşar xəbərlər
SON XƏBƏRLƏR