dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlanıb

Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlanıb
Yazın Azərbaycana gəlişi martın 20-si, saat 20:15:30-a təsadüf edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Oxu.Az-a bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir.

Onun sözlərinə görə, həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olacaq:

“2018-ci ildə yay fəsli ölkəyə iyun ayının 21-i, saat 14:07:18-də daxil olacaq. Azərbaycana qış fəsli dekabrın 22-də daxil olacaq. Qışın gəlməsi saat 02:22:42-yə təsadüf edəcək”.

Oxunub: 824
Oxşar xəbərlər
SON XƏBƏRLƏR