dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

Mingəçevir Turizm Kollecində  8 Mart Beynəlxalq Qadınlar Günü  qeyd olunub
Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.Pedaqoji heyətinin və tələbə kontingentinin əksəriyyəti gənc mütəxəssis xanımlardan və tələbə qızlardan ibarət olan kollektiv təbriklərin ağuşunda və xoş anlar içində unudulmaz təəssüratlar yaşayıb.
Tədbirdə təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov kollecin davamlı olaraq əldə etdiyi uğurlarda qadın əməkdaşların və istedadlı tələbə qızların böyük əməyi olduğunu qeyd edib:
“Bu danılmaz sevindirici faktdır ki, qadın pedaqoqlarımız naliyyətlərimizdə nəzərəçarpan pay sahibidir.Hətta bəzi sahələrdə kişi həmkarlarını da üstələdiklərinin şahidi oluruq.Ən əsası isə bu mütəxəssislərin böyük əksəriyyəti gənc, bacarıqlı pedaqoqlardan ibarətdir.Bu isə həmin mütəxəssislərin qarşıdakı dönəmdə kollecimizə yeni perspektivlər vəd etdiyini göstərir.”
Qadınların cəmiyyətin förmalaşmasında üzərinə iki qat məsuliyyət düşdüyünü xatırladan professor Əyyub Əyyubov xanımları cəmiyyətin şərəfi,əsas sütünu, bu günü və gələcəyi olaraq xarakterizə edib.
“Təkcə ana,bacı, övlad,nənə,gəlin,həyat yoldaşı missiyası ilə kifayətlənməyən qadınlarımız həm də fəal şəkildə müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində yüksək fədakarlıq nümayiş etdirir.Əslində onları bu fədakarlığa sövq edən əsas səbəb Azərbaycan qadınına verilən yüksək dəyər və göstərilən etimaddır.Bəli bu gün ölkəmizin birinci vitse prezidenti Mehriban Əliyevanın timsalında biz dəyərli xanımlarımızın nələrə,hansı yüksək potensiala qadir olduğunun şahidi oluruq.İnanıram ki, Azərbaycan qadının cəmiyyətdəki yeri və rolu gələcəkdə indikindən daha da artıq olacaq.Bu yolda birinci vitse prezidentimiz Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarına uğurlar arzulayıram.”
Daha sonra çıxış edən digər aparıcı mütəxəssislər qadın həmkarları ilə bağlı fikirlərini paylaşıb. Kollecin Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, İnsan resursları şöbəsinin müdiri Tacəddin Əyyubov, təşkilatçı pedaqoq Əşrəf Əsgərov və başqaları qadınların fəaliyyətindən danışıb,naliyyətləri haqda məlumatları paylaşıb.Eyni zamanda həmkarlar təşkilatı xəttilə bundan sonra da qadın əməkdaşların sosial qayğılarının diqqət mərkəzində saxlanılacağı vurğulanılıb.
Öz növbəsində kollecin rəhbərliyində təmsil olunan qadın mütəxəssislər –Çinarə Abdullayeva,Aynurə Abbasova,Xanım Məmmədova,Şahzadə Şükürova və digərləri çıxış edərək kollektivin qadın əməkdaşlarına göstərilən daimi diqqətə görə kollec rəhbərinin ünvanına ən xoş sözlərini çatdırıb.Qeyd olunub ki, 8 mart həm də kollecin direktoru dəyərli professor Əyyub Əyyubovun ad günü kimi kollektivinn üzvləri üçün əlamətdardır:
“Belə bir ziyalı,elmli və təşkilatçı rəhbər şəxslə çalışmaq hər birimiz üçün qürurvericidir.”
Daha sonra pedaqoji fəaliyyətdə və təhsildə fərqlənən bir qrup pedaqoq və tələbəyə bayram münasibətilə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Esmira Hidayətova

Oxunub: 881
Oxşar xəbərlər
SON XƏBƏRLƏR