dini radikalizm və ekstremizmlə mübarizə

Ermənilərin müharibə qorxusu - İran Azərbaycan tərəfə keçdi?

Ermənilərin müharibə qorxusu - İran Azərbaycan tərəfə keçdi?


Azərbaycan ermənilərin başını ağrıtdı

Dağlıq Qarabağ münaqişəsi bu il yenidən kəskinləşə bilər. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts tərfindən 2018-ci il üçün dərc edilmiş məruzəsində bildirilir. Onun fikrincə, gərginliyin müharibəyə mevrilməsi ehtimalı çox böyükdür. Kouts deyir ki, buna səbəb tərəflərdən heç birinin kompromisə getmək niyyətinin olmamasıdır.

Amerikalı kəşfiyyatçının belə çıxışı təbii ki, nə Bakı, nə də İrəvanda diqqətdən kənar qalıb. Azərbaycan müdafiə naziri Zakir Həsənov Bakıda Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdə hərbi əməliyyatların hər an başlaya biləcəyini istisna etməyib.

Aydındır ki, Ermənistan öz ordusunun gücləndiyini iddia etsə də, müharibədə maraqlı deyil. Hələ 2016-cı ildə olan 4 günlük müharibə zamanı verdikləri itkilərdən sonra özlərinə gələ bilməyiblər. Rəsmi İrəvana münaqişəni dondurulmuş formada saxlamaq sərf edir.

Bu yaxınlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana səfər edib. Ehtimal ki, səfərə səbəb onun amerikalıların müharibə bəyanatından olduqca narahat olması olub.

Axı Moskva üçün Cənubi Qafqazda məsələsi çox həssadır və əgər hərbi əməliyyatlar başlasa bu onlar üçün böyük problem yarada bilər. Qarabağ problemi həm Azərbaycan, həm də Ermnənistanla sərhəddəki İranı da narahata edir. Narışkinlə eyni vaxtda Azərbaycanın paytaxtına İranın müdafiə naziri Əmir Hatəmi də gəlib, prezident İlham Əliyevlə görüşüb.

Səfər zamanı o bildirib ki, İran müsəlman ölkəsi kimi Azərbaycanın hərbi qüvvəsinin artmasında maraqlıdır. Rəsmi İrəvan İranın bu bəyanatı ilə möhkəm bir sillə aldı. İndi onlar etibar etdikləri İranın da Azərbaycanın tərəfinə keçdiyini düşünürlər. Qarşıda – elə bu ayın sonu isə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir.

Erməni siyasətçilər üçün daha bir başağrısı Zakir Həsənovun Minskə səfəri olub. Erməni mətbuatı həyəcan təbili çalmağa başlayıb. İrəvanın Vaşinqtondan Rusiya hərbi sənaye kompleksləri ilə müqavilə imzalayarsa Ermənistanın da Amerika sanksiyalarından “faydalana" biləcəyi barədə xəbərdarlığı edir, bakı isə Belarus silahları ala bilər.

MƏnfur qonşularımızın problemləri xirtdəkdən yuxarıdır. Apreldə baş nazir postunu tutacaq olan Serj Sarkisyan isə yaxşı-yaxşı düşünməlidir. Axı müharibə başlasa onu daha 4 günə dayandırmaq dayandırmaq mümkün olmayacaq...

Oxunub: 631
Oxşar xəbərlər
SON XƏBƏRLƏR