dini radikalizm və ekstremizmlə mübarizə

Direktor müavini 15 yaşlı şagirdini zorladı - ŞAMAXIDA

Şamaxı rayonunda seksual xarakterli zorakılıq hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Direktor müavini 15 yaşlı şagirdini zorladı - ŞAMAXIDA

Djb.Az xəbər verir ki, Elnur İbrahimov Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində dərs hissə müdiri-direktor müavini vəzifəsində işləyib. Onun təcavüz etdiyi 2000-ci il təvəllüdlü Sahibə Babayeva (ad və soyad şərti verilib - red.) da həmin məktəbin şagirdi olub.

Gecə vaxtı intim münasibət

İstintaq sənədlərinə görə, Elnur İbrahimov 2015-ci ilin iyun ayında orta məktəbin 9-cu sinfini bitirən, yəni yetkinlik yaşına çatmayan Sahibə Babayeva ilə intim münasibətdə olub.

Müəyyən edilib ki, Elnur İbrahimov 2015-ci ilin sentyabr ayının ortalarında gecə vaxtı Sahibə Babayevanın yaşadığı evin həyətinə gəlib. O, həmin evin həyətində Sahibə Babayeva ilə cinsi əlaqədə olub.

Müəllimindən hamilə qaldı

Bir neçə aydan sonra Sahibə Babayeva hamilə qalıb. Xəstəxanadan qızın hamilə qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Müraciət əsasında Elnur İbrahimov cinayət məsuliyyətinə cəlb olunub. İstintaq orqanı tərəfindən Elnur İbrahimovun barəsində Cinayət Məcəlləsinin 152.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

5 il 6 ay cəza

Şamaxı rayon Məhkəməsinin hökmü ilə Elnur İbrahimov 2 il 6 ay müddətə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası alıb. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Cəza 1 ilə endirildi

Elnur İbrahimovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətə hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyasının qərarı ilə Elnur İbrahimovun əməli Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilib və cəzası bir ilə salınıb.

Prokurordan etiraz


Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.

Prokurorun protestinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorun protestini təmin edib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verilib.

Məktəbliyə təcavüz edən axtarışa verildi

Apelyasiya instansiyasında şikayət bu dəfə hakim Fərmayıl Zeynalının sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası işə baxan zaman təqsirləndirilən şəxs proseslərə gəlməyib.

Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində bu ilin yanvarın 30-da axtarış elan edilib. Təqsirləndirilən şəxsin yerinin müəyyən edilməsi üçün müvafiq qurumlara müraciət olunub.

Apelyasiya şikayətinə baxılmasının icraatı dayandırılıb.

Qeyd edək ki, Elnur İbrahimov ailəlidir, iki uşaq atasıdır.(publika.az)

Oxunub: 964
Oxşar xəbərlər
SON XƏBƏRLƏR