dini radikalizm və ekstremizmlə mübarizə

İNSAN OLAN ANA FƏRYADINA BİGANƏ QALA BİLMƏZ

İNSAN OLAN ANA FƏRYADINA BİGANƏ QALA BİLMƏZ
Respublika Norkoloji Dispanserində baş verən yangın insan fəlakəti ilə nəticələndi.
Narkotik istifadəçisi bir ananın övladı bir bacının pənahı olan qardaş, bir gəlinin başının tacı, bir övladın atasıdır.
İndi deyin rəsmdə gördüyünüz ananın fəryadına, dizləri üstə düşən gənc qızın faciəsinə göz yummaq olarmı?
Məncə yox, insan olan ana fəryadına biganə qala bilməz. Sosial şəbəkədə Tibb unverditetinin məzunu olan həkim terapevt qadın narkomanların yer üzündən silinərək məhv olmasını yazır. Bu status böyük qalmaqala səbəb olub. Savadlı bir qadının bu cümləsi insanları riqqətə gətirib. Nədən narkotik maddəni satanı, onu müxtəlif yollarla ölkəmizə gətirənləri lənətləməyərək narkotik alüdəçisinin yer üzündən silinməsi istəyirik. O insanların hər biri bəlkədə zamanında bizlər kimi gözəl ailənin nümayəndəsi olub. Bizim bəlamız bilirsizmi nədir? Bizim gücümüz eşşəyə çatmayanda hər zaman palanı döymüşük. Və nəticədə həmişə günahkar kənarda qalıb. Bizlər yenə də hadisəyə düzgün yanaşmadığ narkoman dediyimizin bir insan olaraq doğmalarının canının parası olduğunu unutduq.
Allah rəhmətə gedənlərin günahını bağışlasın. Ailələrinə və doğmalarına səbr versin.

Almaz İlahə

İNSAN OLAN ANA FƏRYADINA BİGANƏ QALA BİLMƏZ
İNSAN OLAN ANA FƏRYADINA BİGANƏ QALA BİLMƏZ

Oxunub: 747
Oxşar xəbərlər
SON XƏBƏRLƏR