dini radikalizm və ekstremizmlə mübarizə

Hərbiçi qızı olmağımla fəxr edirəm

Hərbiçi qızı olmağımla fəxr edirəm
Mən hərbici ailəsində dünyaya gəlmişəm.Həyatı dərk edəndən atamı hər zaman hərbi geyimdə görmüşəm.Hədda həftələrlə,aylarla atam evə gəlməyib vətənin,torpağın keşiyində laiqncə durub.Bəlkə bu səbəbdən bizim igid oğullarımızın,qardaşlarımın əynində olan bu müqqədəs geyim mənə daha doğmadır.Hər zaman bu geyimli igidlərin arxasindan rahat təhlükəsiz Azərbaycan qadınlarını düşünmüşəm.Hec bir sözlə ifadə edə bilməyəcəyim duyğularım var.
Məhs bu fotonun bu cür şəkidə çəkilməsi daxilimdə olan hislərimi sanki əks etdirdi.Əziz qardaşım Nəriman sən heç vax təsəvür edə bilməzsənki,bu şəkil ilə sən nə etdin.Düşündüyndən artıq duyğular qəlbimdə tüğyan etdi bu fotonu gördükdə.
Bu geyimin,bu paqonların,bu ulduzların arxasında rahat baxan, namusu,şərəfi ilə yaşayıb,məhs bu müqədəs geyimli igidlərin yoluna göz dikən,yolunu gözləyən Azəribaycan anaları bacıları var.
Allah bu geyimi laiqincə daşıyan igindlərimizi,başda atam olmaqla bütün valdeyinləri qorusun.
Hər zaman vətənə sevgini,torpağın dəyərini atam uşağikən danışdığı nağıllarında mənə aşılayardı.Bu gün şərait yaranarsa mən vətənim uğrunda "AZƏRBAYCANIM" üçün mundar düşmənimin qarşısna çıxmasam ,canımdan keçməsəm atam Nizaminin halal alın təri ilə qazanıb məni yedirdib,böyüdüyü çörəyi mənə haram olsun.

Fəridə Nizamiqızı
Ümid TV

Oxunub: 2 209
Oxşar xəbərlər
SON XƏBƏRLƏR