dini radikalizm və ekstremizmlə mübarizə

Tatar kənd tam orta məktəbinin növbəti uğuru

Tatar kənd tam orta məktəbinin növbəti uğuru
Azərbaycan həqiqətlərinin, xüsusən də Xocalı soyqırımının tanınmasında ölkəmizin təhsil ocaqlarının pedaqoji kollektivlərinin müstəsna xidmətləri var.Belə təhsil ocaqlarından biri də Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbidir. Bu təhsil ocağına vətənpərvər ziyalı Əfsanə İbrahimova rəhbərlik edir. 2018-ci il fevralın 17-də Əfsanə xanımın təşəbbüsü, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi və Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi.Düşmən tapdağından azad edilən Cocuq Mərcanlı kənd İcma Mədəniyyət Mərkəzində keçirilən yığıncaq yaddaşlardan uzun müddət silinməyəcək. Bu məktəbin istedadlı şagirdlərindən biri də Laçın rayonundan məcburi köçkün, 15 yaşlı Sərfinaz Azər qızı Mərdanlıdır. Sərfinaz dərs əlaçısıdır. Müəllimlərin dediyinə görə S.Mərdanlının arzusu hüquqşünas olmaqdır. Sərfinaz Mərdanlı "Xocalı soyqırımı uşaqların gözüylə" adlı məqalə hazırlayıb. Etiraf edim ki,bu yazı Azərbaycan Dövlət Pedaqoji Universitetinin I - II kurs tələbələrilə rəqabətə davam gətirə bilər.Tatar kənd tam orta məktəbin direktoru Ə.İbrahimovanın söylədiyinə görə Sərfinazın ata-anası Saatlı rayon Mərkəzi Kitabxana Sistemində çalışır.Sərfinazın yeganə qardaşı İntiqam Mərdanlı Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix müəllimliyi fakültəsində, bacısı Ayşən Mərdanlı Gəncə Dövlət Universtetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi fakültəsində təhsil alır.
Sərfinaz Mərdanlının qələmə aldığı "Xocalı soyqırımı uşaqların gözüylə" adlı məqaləni diqqətinizə çatdırıram.
Uğur olsun, Sərfinaz xanım!


Hörmətlə,

Şamil Sabiroğlu,
Azərbaycan Respublikası "Xocalı Soyqrımını Tanıtma" ictimai birliyinin sədri,
"Tərəqqi" medalının mükafatçısı, Qarabağ qazisi.

Oxunub: 1 411
Oxşar xəbərlər
SON XƏBƏRLƏR