dini radikalizm və ekstremizmlə mübarizə

Sağdı Xocalı

Sağdı Xocalı

Sağdı Xocalı

Xocalı dərdləri bitməz-tükənməz,
Qəlbimdə yaradır,dağdı Xocalı!
Oldu güllə baran,yer ilə yeksan,
Viranə baxçadı, bağdı Xocalı!

Orda ağaclar da geyinib qara,
Orda bulbullər də tuş olub sara,
Orda torpağın da ürəyi yara,
Keçmişdən boy verən çağdı Xocalı!

Orda divarlar da qana boyanıb,
Məzarda ruhlar da yatmır oyanıb,
Orda başdaşları sayıq dayanıb,
O gecə qanlı qar yağdı Xocalı!

O gecə Xocalı,oldu Kərbəla,
Erməni Şümür tək yağdırdı bəla,
Günahsız insanlar qaldı nə hala,
Qaraya boyanmış, ağdı Xocalı!

Ay Solmaz, igidlər boy-boy duracaq,
Fitnəkar düşmənin boynun buracaq,
Erməni alçağa zərbə vuracaq,
Deyəcək ölməyib, sağdı Xocalı!


Solmaz Şirvanlı

Oxunub: 1 792
Oxşar xəbərlər
SON XƏBƏRLƏR