» » Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu

  • 24-02-2018, 21:33
  • Gundem
  • 125
Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu
Bu gün, Baş ofisi Bakı şəhərində yerləşən, Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasınin idarə heyətinin qərarı ilə, Avrasiya Kombat Ciu-citsu federasiyasının yeni prezidenti Aqil Acalov seçildi.
Tədbiri çıxış nitqi ilə açan DİN İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçisi, Azərbaycan Ciu-citsu Federasiyasının vitse prezidenti, Kombat Ciu-citsu Federasiyasının sabiq prezidenti, Azərbaycan respublikasının əməkdar məşqçisi Rəsul Məmmədov, bu günədək Dünya arenasında bayrağımızı dalğalandıran idmançılarımızı yetişdirdiyini, bundan sonra da bu işi qürurla davam etdirəcəyini vurğuladı. Yeni təyin olunan prezidenti təbrik edib, Kombat Ciu-citsunun bundan sonrakı taleyinin uğurlu çiyinə həvalə olunduğunu, və gələcəkdə daha çox uğurlara imza atacağına inandığını bildirdi.
Yeni təyin olunan Avrasiya Kombat Ciu-citsu federasiyasının prezidenti Aqil Acalov bildirdi ki, ‘’Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün də Cənab lham Əliyevin uğurla davam etdirdiyi İdman siyasi kursuna, bir azərbaycanlı olaraq öz töhvəmi verməyə, vətənimizin idman mədəniyyətini təbliğ etdirməyə çalışacağam’’
Mili Ciu-citsu federasiyasının prezidenti Mirəli Seyidov isə çıxışında Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasının heyətinə uğurlar arzulayıb, yeni Prezidentə uğurlar dilədi.
Qeyd edək ki,Avrasiya Kombat Ciu-citsu Federasiyasınıın yeni prezidenti təyin olunan Acalov A. İqtisadiyyat üzrə fəlsəfə doktorudur, bununla yanaşı bu günədək idman sahəsində yetərincə təcrübəsi olan bir gənc kadrdır -2014-ci ildən 2018-ci ilə qədər isə prezidenti vəzifəsini icra edib.Eyni zamanda ‘’Dünya Alpaqut Federasiyası’’nın təsisçilərindən biri və idarə heyətinin üzvü olub.
İctimai-siyasi sahələrdə də kifayət qədər xidmətləri olan Aqil Acalov bir sıra ölkədaxili və beynəlxalq idman yarışlarının təşkilatçısıdır.

Nuranə Abdullayeva
Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu
Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu
Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu
Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031