dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizi üzrə işlər həlledici mərhələyə daxil olub”

Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizi üzrə işlər həlledici mərhələyə daxil olub”
"Cənub Qaz Dəhlizi üzrə işlər artıq həlledici mərhələyə daxil olub."

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2017-ci il layihənin həyata keçirilməsində mühüm il olub.

“Bu layihə iqtisadi inkişafa, regional əməkdaşlığa töhfə verib. Layihə enerji ehtiyatlarının daşınması ilə bağlı layihələrə də güclü dəstək verir. Bu baxımdan ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti əhəmiyyətlidir. Bu xətt Avropa və Asiya arasında ən qısa marşrutdur, yüklərin daşınması üçün sərf edilən vaxtı iki dəfə azaldır”, - dövlət başçısı qeyd edib.

Prezident TANAP-ın çəkilməsinə dair İstanbulda imzalanan sazişin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihənin iqtisadi faydası bütün iştirakçı ölkələr üçün önəmlidir.

Oxunub: 746
Oxşar xəbərlər
SON XƏBƏRLƏR