» » İctimai Birliyin tədbirlər planı təsdiqlənib

İctimai Birliyin tədbirlər planı təsdiqlənib

İctimai Birliyin tədbirlər planı təsdiqlənib
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin fəaliyyəti hamıya yaxşı məlumdur.İstər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda təşkil edilən anım mərasimləri, həyata keçirilən layihələr bu Təşkilatın Azərbaycan dövləti və xalqına sədaqətinin bariz nümunəsidir.
Təssüflər olsun ki, Respublika Əmlak Məsələləri Dövlət Komitəsi hələ də bu Təşkilatı Bakı şəhərində daimi ofislə təmin etməyib.
Prezident Administrasiyasının müvafiq Sərəncamına və Birliyin tədbirlər planına uyğun olaraq ölkə daxilində və onun hüdudlarından kənarda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.Buna misal olaraq, "İctimai Televiziya və Radio Verilişləri Şirkəti"nin "Yeni gün"proqramında, "Lider TV"-nin "Xeyirli axşamlar" verilişində hazırlanacaq maraqlı məlumatları, habelə, düşmən tapdağından azad edilmiş və hazırda böyük quruculuq işləri aparılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında keçiriləcək tədbiri, habelə,Bakı Baş Təhsil İdarəsi, Abşeron rayon Təhsil şöbəsi, Suraxanı rayonundakı 270 saylı tam orta məktəbin kollektivi və M.S.Ordubadinin Ev Muzeyi ilə birgə təşkil olunacaq anım mərasimlərini misal göstərə bilərik.
Bundan başqa, Türkiyənin Samsun və Kocaeli vilayətlərində, İzmitdə, Aksaray Universitetində təşkil ediləcək anım mərasimlərində "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin fəalları da iştirak edəcək.

Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi,
"fact-info.az" və "xebertv.az" saytlarının müxbiri.

İctimai Birliyin tədbirlər planı təsdiqlənib
İctimai Birliyin tədbirlər planı təsdiqlənib
İctimai Birliyin tədbirlər planı təsdiqlənib
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728