» » 22 YAŞINA AZ QALMIŞDI

22 YAŞINA AZ QALMIŞDI

  • 12-02-2018, 19:58
  • Gundem
  • 166
(Şəhid leytenant Rəhimov Ramilin əziz xatirəsinə)

22 YAŞINA AZ QALMIŞDI
Vətənin minlərlə mərd övladı dünyasını dəyişib ,bir milyondan çox soydaşımız öz doğma yurdundan ,isti ocağından didərgin düşüb.Bu müharibə bizə çox həqiqətləri anlatdı .Anlatdı ki ,Vətən , onun uğrunda hər an ölümə hazır olanlar üçün daha əzizdir.
Bəli ,belə oğullardan buru də Rəhimov Ramil Güləli oğludur.
Leytenant Rəhimov Ramil Guləli oqlu 1977 ci il fevralin 12 də Bakida anadan olub.1984-1994 cu illərdə 144 sayli orta məktəbdə təhsil alib.1994 cu ildə Azerbaycan Dovlət Neft Akademiyasinin neft sənayesinin iqtisadiyyati və idareedilməsi fakultəsinə daxil olub və 1998 ci ildə ali məktəbi bitirib
Orta məktəbi müvəffəqiyyətlə bitirən Ramil Azərbaycan Dövlət Neft Akademiyasına mühəndis-iqtisad və xarici əlaqələr fakultəsini də əla qiymətlərlə başa vurub.Hərbi xidməətdə də təhsildə olduğu kimi ,uğur qazanır.Yüksək səviyyəli,peşəkar zabit olduğunu görən komandirləri etimad göstərərək,onu taqım komandiri təyin edirlər .O, tabeçiliyində olan gənc əsgərləri sərhədlərin keşiyində ayıq-sayıq dayanmağa və düşmənə qarşı amansız olmağa səsliyirdi.Elə bu keyfiyyətinə görə də az bir müddət ərzində komandirlərinin və döyüş dostlarının sevimlimisinə çevirilmişdi.
Lakin növbəti hücümların birində ürəyi qurmaq,yaratmaq eşqi ilə çırpınan bu igid namərd düşmən gelləsindən yan keçə bilmədi.1999cu ilin fevral ayinin 2de aldığı güllə yarasından qehremancasina Şəhid oldu.İndi Şəhidlər Xiyabanında məzarlar içində bir məzar da var. Və bu məzarda uyuyan oğulların narahat ruhları hər gün qələbə sorağını gözləyir.
Ramilin atası Güləli kişiyə ulu Tanrıdan səbr, dözüm diləyəndə o,təmkinini də pozmadan, ”oğul Vətən üçündür”, demişdi.Mən oğlanlarımın 4-nüdə vətənə məəhəbbət ruhunda tərbiyələndirmişəm.
Mən igid oğul itirsəmdə heyfslənmirəm .Əksinə,fexr edirəm.Oğlum Ramil Vətən uğrunda həlak olub.Bu yolda şəhid olanlarsa,heç vaxt ölmürlər.Ədəbiyyətə qovuşurlar.

Ravin Həsənov
22 YAŞINA AZ QALMIŞDI
22 YAŞINA AZ QALMIŞDI
22 YAŞINA AZ QALMIŞDI
22 YAŞINA AZ QALMIŞDI
22 YAŞINA AZ QALMIŞDI
22 YAŞINA AZ QALMIŞDI
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031