» » Parlamentin sabahkı iclasının gündəliyi bəlli oldu

Parlamentin sabahkı iclasının gündəliyi bəlli oldu

Parlamentin sabahkı iclasının gündəliyi bəlli oldu
Fevralın 13-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, əvvəlcə iclasda R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilmələri, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında müzakirələr aparılacaq.

Bundan başqa, deputatlar “Ələt azad iqtisadi zonası haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər.

İclasda İnzibati Xətalar Məcəlləsində, “Konstitusiya Məhkəməsi haqqında”, “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Elektrik və istilik stansiyaları haqqında”, “Qaz təchizatı haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.

Eyni zamanda, iclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi barədə müzakirələr aparılacaq.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031