dini radikalizm və ekstremizmlə mübarizə

FİZULİ MƏMMƏDOV BİR EVİN YOX, BİR ELİN OĞLUDUR

FİZULİ MƏMMƏDOV BİR EVİN YOX, BİR ELİN OĞLUDUR
İnsan həyata gələndə arzular qanadında böyüyür. Hər bir insanın qurub yaratmaq, sevib- sevilmək, əzizlərinin sevimlisinə çevrilmək arzusu olur. Füzuli Məmmədov da bu illər ərzində qurub yaratdığı arzularını məhz özü üçün düşünmədi o, bir evin deyil, bir elin övladı oldu. O, kimdir? Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. Uzun illər Rusiyanın Moskva vilayətində yaşayır. "İnter-Sever" Kampaniyasının və "Ümumdünya Azərbaycan Mədəniyyəti Fondu"nun Prezidentidir. Azərbaycan həqiqətlərinin tanınması məqsədilə bir çox böyük layihələri həyata keçirmişdir. İndiki kimi xatırlayıram, o, "XXI əsr-Vətənpərvərlər İttifaqı"nın rəhbəri olanda da yüzlərlə imkansız ailənin sevincinə şərik olmuşdu.
Bu yaxınlarda F.Məmmədov Qarabağ qazilərindən iki nəfərə yeni mənzilin açarlarını təqdim edib.Həqiqətən də Qarabağ Qazilərinə göstərilən diqqət və qayğı məni çox duyğulandırdı.
Fevral ayının 9-da Füzuli Məmmədovun 55 yaşı olduğunu bildikdə, var dövlətim və dostlarım olan qələm və kağıza sarıldım. Onu oxucularımla tanış etmək və qəlbimdən gələn sözlərlə təbrik etmək istədim.
55 yaş... Ömrün əhəmiyyətli bir hissəsinin yaşandığına ilahi ədalətin işarəti.
55- yaş ömrün müdrüklüyə doğru yol aldığı rəqəm.
55- yaş zirvəyə gedən yolun artıq yarısı.
55- yaş həyatla dost olmaq çağı.
55- yaş çılğınlığa son qoyub, dolğun həyat seçimi .
55-yaş sevginin müqəddəsliyin tam dərk edəcək bir yaş dövrü.
Hər kəs bu yaşda bir ayaq saxlayıb geri boylanır. 55- yaş o qədər böyük zaman kəsiyi olmasa da, insanın həyatı üçün bir elə az vaxt hesab olunmur. Məncə gərək həyatı elə yaşayasan ki, geri boylanarkən bu taleh payına təssüflənməyəsən.
Mən elə düşünürəm ki, Fizuli müəllim geri boylanarkən yalnız fərəhlənir çünkü o tək özü üçün yaşamadı, axı o hər kəsin dərdini öz dərdi bildi. Evsizlərin evi oldu, çörəyi olmayanlarınsa çörəyi. O, çoxlarının üzündə təbəssüm, ürəyində ümid çırağı olub. Fizuli müəllim yaşadığı sürəcə tək sevdikləri üçün deyil o, Azərbaycan dövlətinin hər bir övladı üçün əzmlə çalışdı. O, hər bir şətinliyi fəth edəcək qədər cəsarətli oldu və həyatda qarşısına qoyduğu məqsədlərinə öz zəhməti ilə çatdı.
Nil çayı heş zaman qurumur Fizuli müəllim! Ömrünüz Nil çayı kimi daim axar olsun! Ay və günəş göydən ayrılmadığı kimi sizdə hər zaman doğmalarınızla, əzizlərinizlə, sevdiklərinizlə qoşa olasınız. Qəm əyir, sevinc, səadət ucaldır insanı. Qəm görməyin, daim xoşbəxtlik nəsibiniz olsun. Gözləriniz sevinc yaşıyla dolsun. Solmasın çöhrəniz ağrı- acıdan, sevinc yol yoldaşınız, kədərsə gen dursun sizdən lap dünyanın sonu tək. Arzu- muradınız hər an çin olsun. Qəlbinizdəki eşq qoy yarınız olsun. Xoşbəxtlik yaraşıq libasınız olsun. Görməsin gözləriniz kədər intizar, övladlarınızın anası kimi yarınız, igib oğlunuz, Zeynəb ismətli qızınızda var. Allahın bəxşişi bol olsun sizə, ziyarət yolları gedəsiz yenə.
P.S. Hörmətli Fizuli müəllim Sizi öz adımdan, yaxın dostlar və Djb.az kollektivi adından təbrik edirəm.
Sizin kimi Vətənpərvər insanı tanıdığımız üçün şad olmaqla yanaşı, qürur hissi keçiririk. Demirəm yüz yaşayasınız Allahın bəxş etdiyi ömrü sağlam, firavan yaşayasınız.

Sən həqiqətmisən, əfsanəmisən?
Gözəllik diyarında doğulmusan sən.
Qismətindir həyatda əl tutmaq sənin,
Çatırsan köməyinə dara düşənin.

Tək bir evin deyi elin oğlusan,
Bir çox atasızın sən atasısan.
Arzular quranın şah nağılısan,
Zəhmətilə seçilən el atasısan.

Adın gəzir bizim obada, eldə,
Qurub yaratmısan zəhmətin ilə.
Neçə mərhəmətin, sədaqətinlə,
İnsanların güvənc ünvanı sənsən.

Qəlbin yanar şama bənzəyir sənin,
Elə nurlu şam ki,yandıqca yanar.
Ürəyin pislikdən kənardır, kənar,
El üçün yananlar belə tanınar.


Hörmətlə: Almaz İlahə Əhmədova

Oxunub: 970
Oxşar xəbərlər
SON XƏBƏRLƏR