» » İlham Əliyev: “Hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur”

İlham Əliyev: “Hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur”

İlham Əliyev: “Hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur”
“Son iki il ərzində Azərbaycanda daha fəal və daha səmərəli islahatlar aparılıb. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da”.

“Report” xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Prezident İlham Əliyev deyib.

“Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcək. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə, siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük”, - deyə o, qeyd edib.

Dövlət başçısının sözlərinə görə, neft sektoru, sadəcə olaraq, Azərbaycana əlavə maliyyə resursu yaradacaq ki, bu da, öz növbəsində, ölkənin siyasi resurslarını gücləndirir: “Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaq. Deyə bilərəm ki, bu siyasət artıq öz nəticəsini verib. Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq”.

İ.Əliyev qeyd edib ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,7%, o cümlədən sənaye sektoru 3,7%, kənd təsərrüfatı sektoru 4,1% böyüyüb, ölkənin valyuta ehtiyatları 4,5 mlrd. ABŞ dolları artıb: “Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaq. Beləliklə, yanvar ayında Azərbaycanda ümumi daxili məhsul 2%, qeyri-neft iqtisadiyyatımız təxminən 4%, sənaye istehsalı 1,5%, qeyri-neft sektorunda sənaye istehsalı 8,7% artıb. İnflyasiya birinci ayda 5,5%-dir, əhalinin pul gəlirlərində artım 11%-dən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 mlrd. dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 mlrd. dollar təşkil edir. İlin əvvəlidir. Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək. Kənd təsərrüfatında, sənaye sahəsində indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcək”.

Bununla yanaşı, onun sözlərinə görə, “Azəri-Çıraq” yatağının istismarının uzadılması haqqında da tarixi qərar qəbul edilib: "Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur".
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728