» » Əli Əhmədov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Əli Əhmədov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Əli Əhmədov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Azərbaycanda 2003-cü ildən başlayaraq prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar uğurla icra olunur, Azərbaycan irimiqyaslı layihələr həyata keçirir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Oxu.Az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında YAP-ın sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

YAP rəsmisi bildirib ki, ölkədə işsizliyin və yoxsulluğun azalması, ciddi sosial proqramların icra olunması, infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin sürətli inkişafına təkan verir.

O qeyd edib ki, demokratiyanın inkişafı, xarici siyasət, ordu quruculuğu, elm, mədəniyyət və digər sahələrdə ciddi uğurlar əldə olunub:

“Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf edib, dövlətçilik ənənələri, demokratik təsisatları gücləndirilib, ölkənin beynəlxalq nüfuzu artıb, müdafiə qabiliyyəti ciddi şəkildə möhkəmləndirilib”.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031