dini radikalizm və ekstremizmlə mübarizə

İtaliya Qarabağa görə erməni alimə qadağa qoydu

İtaliya Qarabağa görə erməni alimə qadağa qoydu
Dağlıq Qarabağda tədqiqat aparmış Ermənistan aliminin İtaliyada keçiriləcək beynəlxalq konfransa qatılmasına icazə verilməyib.

APA-nın xəbərinə görə, Florensiya şəhərində keçiriləcək konfrans İran və Qafqaz ərazisindəki yeraltı abidələr və kurqanlara həsr olunub. Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji qrupunun üzvü Njde Yeranyan araşdırma materialı Dağlıq Qarabağla bağlı olduğu üçün tədbirə buraxılmayacaq. N. Yeranyan münaqişəli ərazilərdə tədqiqatların aparılmasına qadağa qoyan UNESCO qərarı əsasında toplantıda iştirakdan kənarlaşdırıldığını söyləyib.

Qeyd edək ki, tədbir martın 29-30-da keçiriləcək.

Oxunub: 671
Oxşar xəbərlər
SON XƏBƏRLƏR