dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ Bakıya zərbə vuran qurumu qara siyahıya salır

ABŞ Bakıya zərbə vuran qurumu qara siyahıya salır
Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiya Raul Loueri Kontrerasın “Deyli Kolle” (The Daily Caller) qəzetində dərc olunan məqaləsində yer alıb.

Qeyd olunur ki, ABŞ son zamanlar xarici siyasi lobbiçiliyə ciddi diqqət ayırır. Kontreras bu məsələnin 2017-ci ildə Rusiyanın RT kanalının xarici agent kimi qeydə alınmasından sonra aktuallaşdığını bildirib. Jurnalistin sözlərinə görə, bu addım ANCA üçün keçərli olmalıdır:

“Bir müddət əvvəl “Forbes” jurnalı ANCA-nın Rusiyanın hakim dairələri ilə sıx əlaqələrindən bəhs edən material dərc etdi. ANCA-nın filiallarının fəaliyyəti onların Amerikadakı ermənilərin problemlərini Konqres və administrasiyaya çatdırmaqlarına görə şübhəli deyil. Əsas məsələ bu təşkilatın Ermənistan hökumətinin və Rusiya hökumətinin baxışlarını təbliğ etməsidir. Qeydiyyatsız şəkildə olan bu fəaliyyət Amerikanın Xarici Xəfiyyətlər və lobbiçilik qanunlarının pozulması deməkdir”.

Kontreras məqaləsində bildirir ki, Ermənistan Rusiyadan güclü şəkildə asılıdır. O, bu asılılığın xüsusilə müdafiə və kredit razılaşmaları çərçivəsində olduğunu bildirib.

Jurnalist ANCA-nın həmçinin Daşnaksütyun Partiyası ilə sıx əlaqəli olduğunu vurğulayıb. Buna fakt kimi 2006-cı ildə ABŞ-ın İrəvanda səfirliyinin hazırladığı xüsusi hesabatı göstərib.

Kontrerasın sözlərinə görə, ANCA Senatın Xarici Əlaqələr Komitəsinin 9 üzvünü inandıra bilib ki, Azərbaycana səfir kimi təcrübəli diplomat Metyu Brayza göndərilməsin. Təşkilat Brayzanın Azərbaycana göndəriləcəyi təqdirdə onun Qarabağ məsələsində Azərbaycanı müdafiə edəcəyindən qorxub. Jurnalist həmçinin ANCA-nın ABŞ-ın Bakı-Tiflis-Qars dəmiryolunun maliyyələşdirməsindən imtina etməsində, eləcə də Azərbaycanın ABŞ-ın yardımından məhrum edilən ölkələr siyahısına düşməsində mühüm rol oynadığını vurğulayıb.

Oxunub: 680
Oxşar xəbərlər
SON XƏBƏRLƏR