dini radikalizm və ekstremizmlə mübarizə

GƏNCLƏR BİZİM GƏLƏCƏYİMİZDİR

GƏNCLƏR BİZİM GƏLƏCƏYİMİZDİR
Hər zaman gənclər bizim gələcəyimizdir deyirik. Onlara dəstəy olmaq, nailiyyətlərinə sevinmək, bacardığımız qədər uğurlarına dəstəy olmaq üçün hər zaman gənclərin yanında olmağımız lazımdır. Bu gün sizlərə söz açacağım gənc Aysel Məmmədzadəni fəal gənclərdən biri kimi tanıdım. Müxtəlif tədbirlərdə Ayseli daha da yaxından tanıdım. Və Vətənpərvər bir gənc olmasınən dəfələrlə şahidi oldum. Məni Ayseldə ən çox cəlb edən müsbət xüsusiyyətlərindən biri onun öz üzərində işləməsi və çalışqan olmasıdır. Məhz bunun üçün Ayseli oxucularıma tanıtmaq istədim.

Aysel Məmmədzadə Oqtay qızı 1993-cü ildə Bakıda anadan olmuşdur.56 saylı tam orta məktəbi bitirmişdir. Xəzər universitetinin psixologiya fakultəsinə qəbul olaraq oranı qırmızı diplomla bitirmiş. Hal-hazırda Xəzər Universitetinin Ümumi psixologiya sahəsi üzrə magistrını davam etdirir.2015-ci ildə öz sahəsi üzrə "Bakırköy Ruh ve Sınır Hastalıkları " hastanesinde bir ay könüllü olaraq işləmişdir. 1 saylı Ruhi-Əsəb dispanserində 2015 ci ilin sentyabr-yanvar aylarında könüllü çalışmışdır. 2016, 2017 -cı illərdə Sağlam Ailə klinikasında könüllü çalışmışdır. Özəl mərkəzlərdə təlim, seminar, araşdırmalara qatılmış, bir çox qurum və təşkilatlardan mükafatlar almışdır. Ankara Sanat Festivalının aktiv iştirakçısı olaraq dəfələrlə 2016-2017 ci illər arasında Hizmet Şeref Ödülünə layiq görülmüşdür. 2017- ci ildə Qafqaz İctimai Birliyi tərəfindən keçirilən Musical Fire of Baku mükafatlandırılma mərasimində İlin Gənc Psixoloqu diplomu ilə təltif olunmuşdur. 2014-cü və 2017-ci illərdə Xəzər Universiteti tərəfindən təşkil olunan Azərbaycan Beynəlxalq Psixologiya konfransının aktiv iştirakcısı olaraq sertifikatla təltif olunmuşdur. Bu il Qafqaz media ictimai birliyinin 2 fevral Gənclər gününə həsr etdiyi mükafatlandırılma mərasimində İlin ən gənc psixoloqu Fəxri Fərmanı ilə təltif olunmuşdur.Hal-hazırda təhsilini Türkiyədə doktorantura dərəcəsinə çatdırmaq üçün çalışmaqdadır.

Almaz İlahə

Oxunub: 952
Oxşar xəbərlər
SON XƏBƏRLƏR