dini radikalizm və ekstremizmlə mübarizə

20 İLİN BİR ÖMÜR XATİRƏSİ...20 İLLİK YUBİLEYİN MÜBARƏKDİR !

20 İLİN BİR ÖMÜR XATİRƏSİ...20 İLLİK YUBİLEYİN MÜBARƏKDİR !
20 İL...Oğlum, Musa Əliyev...Ömrünün 20 - ci baharını yaşayırsan. Xoş xatirələrinlə yaşadığın...20 İL.

20 yaş...Həyata baxışının dəyişkənlik dövrüdür. 20 yaş...Gənclik çağının, çılğınlıq dövrüdür. 20 yaş...Bir igid ömrüdür. 20 yaş...Zirvələrə doğru addımlayan bir yoldur, Allah - Təalanın izni ilə də həmin zirvələri Mən, Səndə görürəm....Mən ayaq saxlayıb geri boylanan zaman Səni gördüyümdə fərəh hissi duyduğum kimi, Sən də arxaya boylanıb məni görəndə fərəhlənəsən...

Sən...Tanrının bizə bəxş etdiyi ən dəyərli və müqəddəs əmanətisən.

Sən öz qürurunla, şəxsi keyfiyyətlərin və yaradıcılıq fəaliyyətinlə daim ətrafdakılara örnək olub, layiqli övlad, qayğıkeş nəvə, namuslu qardaş və əqidəsinə hakim olan varlığımsan. Ulu Tanrıdan toy xınası nəsibin olsun, inşallah!

Xəyalında olan ən gözəl arzu və istəklərin, ürəyin istədiyin kimi gerçəkləşsin. Hər zaman mənəvi və maddi sərvətlər içində yaşayıb - yaradasan...Vətənin Azərbaycanımıza layiqli əsgər olasan...

Ətrafında olan əzizlərinin uğurları ilə hər zaman sevinəsən. Allah - Təala, mətləbinə qovuşdursun AMİN, İNŞALLAH !

DOĞUM GÜNÜN MÜBARƏKDİR !

Dərin hörmətlə, ürəyində bəslədiyin Atan İlham Əliyevvv.

Oxunub: 753
Oxşar xəbərlər
SON XƏBƏRLƏR