dini radikalizm və ekstremizmlə mübarizə

Xocalı soyqırımının qurbanları Cocuq-Mərcanlı kəndində də anılacaq!

Xocalı soyqırımının qurbanları Cocuq-Mərcanlı kəndində də anılacaq!
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri və onların havadarlarının köməyilə törədilmiş Xocalı soyqırımının 26-cı ildönümü tamam olur.Rəsmi məlumatlara görə bu soyqırım zamanı 613 nəfər şəhid olub, 1275 nəfər əsir və ya girov götürülüb. 8 ailə büsbütün məhv edilib, 25 uşaq (bəzi məlumatlara görə 27 uşaq) hər iki valideynini itirib. Həlak olanların 63-ü uşaqdır.
Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi Qarabağ faciəsinin, o cümlədən də Xocalı soyqırımının tanıdılması ilə məşğuldur.Təəssüflər olsun ki, fəaliyyəti dövlət və hökumət orqanları, habelə, ictimaiyyət nümayəndələri tərəfindən dəstəklənən Birlik hələ də Bakı şəhərində daimi ofislə təmin edilməyib.
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə birgə Cocuq-Mərcanlı kəndində soyqırım qurbanlarının xatirə mərasimini keçirəcək. “Cocuq – Mərcanlıdan Xocalıyadək!”devizi altında keçiriləcək tədbirin yüksək səviyyədə baş tutması üçün aidiyyəti orqanlara müraciət edilib. Bu tədbirə əsas məsul şəxs olaraq Tatar kənd tam orta məktəbinin direktoru, fəal ictimaiyyətçi Əfsanə İbrahimova seçilib. Anım mərasimində Xocalı soyqırımının canlı şahidləri, habelə, Respublikamızın tanınmış ziyalıları iştirak edəcək.
Tədbir iştirakçıları eyni zamanda Respublika Müdafiə Nazirliyinin cəbhə bölgəsindəki “N” hərbi hissəsinin şəxsi heyətilə görüşəcək, zabit, gizir və əsgərlərin qarşısında maraqlı ədəbi-bədii gecə təşkil edəcəklər.

Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
II kurs tələbəsi

Oxunub: 901
Oxşar xəbərlər
SON XƏBƏRLƏR