dini radikalizm və ekstremizmlə mübarizə

Yasamala yeni icra başçısı təyin olundu

Yasamala yeni icra başçısı təyin olundu
Əziz İmran oğlu Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ə.Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Əziz Əliyev 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. Keçmiş Neft və Kimya İnstitutunda mühəndis ixtisası üzrə ali təhsil alıb.

1985-1986-cı illərdə Bakı Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə vaqon bölməsində usta, 1987-1989-cu illərdə yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə istismar idarəsinin rəisi vəzifəsini icra edib.

1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentində texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Azərbaycan prezidentinin 8 avqust 2006-cı il tarixli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

YAP-ın üzvüdür.

Ailəlidir, üç övladı var.

Yasamala yeni icra başçısı təyin olundu

Oxunub: 926
Oxşar xəbərlər
SON XƏBƏRLƏR