dini radikalizm və ekstremizmlə mübarizə

YARI QALMIŞ ARZULAR-2

YARI QALMIŞ ARZULAR-2
Bu gün yenədə bir fidan 24 yaşında köç etdi haqq dünyasına... Yenə bir gənc budağ qırıldı... Yenə bir ana gözü yaşlı qaldı... Bir ailə tarimar oldu, bir nəsilə ağır itgi baş verdi...
Bir ailənin ümidləri daşa dəydi, bir qızın gəlinliyi kəfəni oldu, ər evi məzarlığ, yarı qara torpaq oldu. O qara torpaq ki, gözəl mələyi heç kim qara torpaq kimi qucaqlaya bilmədi, ağuşuna alıb başını sinəsinə qoya bilmədi. Bir gənc qız ata,anasını, bacı qardaşını, onu sevənlərinin arzularını puç etdi. O etdi? Yox, yox o bunu etməzdi, o, onu sevənlərə qıymazdı. Heç vaxt anasına belə tez qara yaylığ bağlatdırmazdı. Bacısının toyunda qol qaldırıb süzməsini istərdi, yas mərasimində bacı deyərək fəryad etməsinə dayanmazdı. Hələ qardaşını demirəm, bircəcik qardaşının belə tez dərdə düşməsini heç qəbul etməzdi. Atası qızının evindən gəlinliklə çıxacağını gözlərkən övlad tabutunu daşımasını istəməzdi Aygün. Dayıları onun toyuna hansı arzu və xəyallar qurarkən bu gün fəryad edən bacılarına təskinlik verə bilməməsi əzabına qatlaşmasını heç istəməzdi bizim nazlı Aygünümüz.
Fələyə üzümü tutub yenə deyirəm, boynun sınsın ay fələy, bir nəsli toysuz bayramsız qoydun. Arzuların, qurduqları xəyalların tarimar etdin. Onlar bu itdigən sonra ürəkdən heç gülməzlər.Onların sevincləri yarı olar, təbəssümləri belə saxta olar. Hər kəsə şən görünmək istərkən bəzən gülüşün içində hönkürtüylə ağlayarlar. Bəlkə də oxucularım deyər Almaz xanım hardan bilirsiz onlar hansı hissləri yaşarlar?
Axı mən 10 ildir bu acıyla qovruluram. Axı mən bu dərdin rənginin nə olduğun bilirəm.
Bugün toysuz mələyi son mənzilə yola salmağa gedəcəkdim gedə bilmədim. Onun süzərək son mənzilə yürüyəcək tabutunu, nəşini izləyə bilmədim. Mən onun anasının fəryadına dözə bilməzdim, bəlkədə ürəyim ordaca dayanardı. Axı artıq ürəyimin gücü çatmır anaların fəryadını izləməyə. İlahə dərdi ürəyimi üzərək sapdan incə saxladı, hər an qırılmağ ehtimalı olan qəlbim bir mələyin gedişini izləyə bilməzdi. Amma gələcəm gözəl qızım anana İlahə dərdimdən sonra yaşama gücü verən övladlar üçün yaşamağ dərdindən söz açmaq üçün gələcəm. Ona bu dərdi sındırmağa kömək olmaq üçün gələcəm.
Ruhun şad olsun mələy üzlüm. Mənim mələyimədə salam apar. Cənnətin mübarək Aygün qızım.

Almaz İlahə

Oxunub: 2 190
Oxşar xəbərlər
SON XƏBƏRLƏR