» » ŞABLON SÖZLƏRDƏN UZAQ

ŞABLON SÖZLƏRDƏN UZAQ

ŞABLON SÖZLƏRDƏN UZAQ
Yenə o müdhiş gecəni xatırladım, sübhün açılmasını gözlədim gecənin səsizliyində boğulurdum. Amma səsizliydə demək olmazdı xəyalımda qalan, qulaqlarımda əks sədaya çevrilən zireh səsləri məni təkrar o vahiməli gecənin acısını yaşatdı.
19 yanvar gecə həyat yoldaşım qapıdan həyəcanla içəri gird dedi: Mənə qalın ködəkçəmi ver, dəyişim gedirəm. Nə baş verib deyə soruşduqda dedi: Heç nə nə səs küy eşitsəniz həyətə çıxmayın mən gec gələcəm gözləməyin çalışın yatın. Anası öz otağından çıxaraq soruşdu, ay bala hara gedirsən bu vaxt?O, gedərək yenə təkrarladı narahat qalmayın. Nə isə baş verdiyini bilirdik amma nə olmuşdu hələ heç kim heç nə bilmirdi.Qaynanamla bir-birimizə nigaran baxışlarla baxarkən qonşumuz bizə keçdi Mirzə hardadır deyə soruşdu. Mən geyinib getdiyini söylədim.O, dedi: Kaş qoymazdınız şəhərə tanklar yürüyür deyəsən vəziyyət pisdir. Qaynanam təlaş içində nə tanklar a bala soruşduqda , qonşumuz Şahmar vəziyyət haqqında tam açıqlama verdi. Artığ zirehli maşın səslərini bizdə eşidirdik. Həyəcandan nə edəcəyimizi bilmirdik. Hər kəs oyaq idi kişilər həyətdə toplaşaraq gedən gənclərdən xəbər gözləyirdilər. Artıq sübh açıldıqda qaynatam evə gəldi başını iki əli arasına alaraq dedi: Narahat olma Mirzə sağ salamatdı amma camahatı qırıblar. Xəstəxanalar yaralılar və meyidlərlə doludur.
Günahsız milləti qırdılar deyə kişi hey bu cümləni təkrarlayırdı. 1941-1945 ci illərin müharibəsində iştirak etmiş olmasına baxmayaraq kişi kövrəlmişdi birdən dəli kimi yerindən qalxaraq qışqırdı. Bu haqsızlığı Allah kötürməz. Amma bu haqsızlığ 28 il keçir.
20 yanvar həyat yoldaşım günorta saatlarında evə gəldi. Üst başı qan içindəydi ilk öncə elə bildik yaralıdır. Bizim qışqırtımızdan sanki yuxuda idi ayıldı. Qorxmayın yaralı deyiləm dedi. Vanna otağına keçib əynin dəyişəcəyin dedi. Duşun şırıltısı nə qədər yüksək olsada su şırıltısı ilə birgə boğuq hıçqırtı səsi gəlirdi. O, geyinib təkrar gedəcəyin söylədi qaynanam yalvarmağa başladı ay oğul hara gedirsən yenə. Həyat yoldaşım kövrəlmiş səslə dedi : günahsız xalqımın balaların dəfn etməyə. Beləcə hər il 19 yanvarda o günün hər dəqiqəsini yaşayıram. Amma 28 ildə ilk dəfədir ki, bunu qələmə alıram.
20 Yanvar aparılan cənazələrdə yüzlərlə ATA bağırtısı, ana fəryadı vardı. O fəryad hələdə davam edir.
Əgər şablon sözləri təkrarlayaraq yaramızı sağalda biləcəyiksə onda 28 ildiə TV-lərdə, mətbuatda eyni sözləri təkrarlayaraq keçməzdik.
Şəhid verən yatmış xalqımızın nümayəndələri başımız sağ olsun. Hələ yataq, görən qəflət yuxusundan haçan oyanacağıq?
ALLAH rəhmət eləsin.
Daima qəlblərdəsiz.

Almaz İlahə Əhmədova
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728