dini radikalizm və ekstremizmlə mübarizə

Berlində “20 Yanvar” anıldı

Berlində “20 Yanvar” anıldı
Almaniyanın Berlin şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Alman Azərbaycan Ziyalılar Birliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycan diasporasının, yerli ictimaiyyətin nümayəndələri vətələbələri ştirak ediblər.
Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimini Alman-Azərbaycan Ziyalılar Birliyinın sədri Naibə Şirinova giriş sözü ilə açaraq 28 il əvvəl baş vermiş qanlı 20 Yanvar hadisəsinin Azərbaycan xalqının tarixinə ən faciəli və ağır günlərdən biri olmaqla yanaşı həmdə qəhrəmanlıq səlnaməsi kimi yazıldığını söylədi.
Səfir Ramin Həsənov 20 yanvar hadisələri barədə tədbir iştirakçılarını məlumat verərək, o dövrdə cərəyan etmiş proseslərə nəzər salaraq hadisələrin kökündə Azərbaycan xalqının öz azadlığı uğurunda apardığı mübarizənin dayandığını bildirib.
O, Azərbaycan xalqına qarşı həyata keçirilən məkrli siyasətin böyük etirazlara səbəb olduğunu, xalqın öz müstəqilliyini dinc yolla tələb etdiyini, əvəzində isə Sovet İttifaqı rəhbərliyinin əmri ilə mülki əhalinin ordu tərəfindən amansızcasına qətlə yetirildiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan xalqı sovet ordusunun qəddarlığına şücaət və məğrurluqla cavab verərək azadlıq mübarizəsini davam etdirib və çox keçmədən müstəqilliyinə qovuşub.
Ramin Həsənov həmçinin “20 yanvar” hadisələrinə hüquqi qiymət verilməsinə də toxunub, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə aydınlıq gətirildiyini və Milli Məclisinin 1994-cü il martın 29-da qəbul etdiyi qərarla 20 yanvar hadisələrinin hərbi müdaxilə və cinayət kimi səciyyələndirildiyini bildirib.
Səfir Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Tədbirdə şairə Şərifə Cəfəri 20 Yanvar şəhidlərinə həsr etdiyi şeiri oxudu.
Daha sonra “20 yanvar” hadisələrinə dair film nümayiş olunub.

Təranə Feyzullayeva

Berlində “20 Yanvar” anıldı
Berlində “20 Yanvar” anıldı
Berlində “20 Yanvar” anıldı
Berlində “20 Yanvar” anıldı

Oxunub: 842
Oxşar xəbərlər
SON XƏBƏRLƏR