» » POLKOVNİK RAHİM ƏLİYEV EVDƏN DEYİL ELDƏN GETDİ

POLKOVNİK RAHİM ƏLİYEV EVDƏN DEYİL ELDƏN GETDİ

  • 21-01-2018, 10:44
  • Gundem
  • 863
POLKOVNİK RAHİM ƏLİYEV EVDƏN  DEYİL ELDƏN GETDİ
Yenə də göy üzü qaraldı , göy üzündə qaralmış buludlarda şəhidinə yas tutdu. Dolmuş göy üzü hönkürtüylə ağlamaq istəyirdi, amma boğularaq durmuşdu. Təskinliyi isə şəhidlik zirvəsi idi.
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Qəlblərdə yaşayanlar isə ölmürlər. Polkovnik Rahim Əliyev onlardan biridir.
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki 26 il orduda xidmət edən Əliyev Rahim Əhməd oğlu xidməti vəzifəsini icra edən zaman şəhid olub.
Qeyd edək ki, polkovnik Rahim Əliyev aprel döyüşlərində fəal iştirak edib. Lələtəpə yüksəkliyinin azad olunmasında da polkovnik Rahim Əliyevin xüsusi rolu olub.
O, da bir çox şəhidlərimiz kimi ölümü ilə əbədilik qazandı. Polkovnik Rahim Əliyev bir evdən getmədi o, elin oğlu idi, eldən getdi.

Almaz İlahə Əhmədova
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728