» » İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik-Foto

İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik-Foto

  • 20-01-2018, 20:08
  • Gundem
  • 291
İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik-Foto
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Ləj kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində rayonun Ləj kəndində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik” adlı tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev, Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov, müəllimlər və şagirdlər iştirak edib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı məlumat verərək, vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən ehtiramla yad edildiyini bildirib.

E.Həmidli, həmçinin Azərbaycanda hökm sürən milli-dini dözümlülük mühiti, həmrəylik və dini icmalar arasındakı qarşılıqlı hörmət və etimadın ölkəmizin dünyada tolerantlıq örnəyi kimi tanınmasına səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tarixçi-araşdırmaçı-jurnalist Aqşin Mistanlı (Əliyev) çıxışında 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumat verərək, bu qanlı hadisələrin xalqımızın qəhrəmanlıq tarixində önəmli yer tutduğunu vurğulayıb. A.Əliyev gənclərimizin milli-mənəvi dəyərlərə və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu bildirib.

AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev “İslamda şəhidlik” mövzusunda çıxış edərək, İslam dinində şəhidliyin uca tutulduğunu, şəhidlərin ölməz olduğunu qeyd edib.

Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov və digərləri çıxışlarında gənclər arasında İslam həmrəyliyinin, multikultural dəyərlərin və vətənpərvərliyin təbliğini yüksək qiymətləndiriblər.

Natiqlər xalqımızın zəngin milli-mənəvi dəyərlərində mütərəqqi İslami dəyərlərin əhəmiyyətli yeri və rolunu vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.

Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncamına əsasən keçirilib.

Tədbirdən sonra Azərbaycanın Milli qəhrəmanı Əsgər Əliyevin və şəhid Natiq Aslanovun abidəsi ziyarət edilmiş, ruhuna dualar oxunub.
İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik-Foto
İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik-Foto
İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik-Foto
İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik-Foto
İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik-Foto
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031