» » Həyatı öz rəngində göstərən usta...

Həyatı öz rəngində göstərən usta...

  • 20-01-2018, 16:04
  • Gundem
  • 107
Həyatı öz rəngində göstərən usta...
Tarixən, bir çox sənət sahələrinin inkişafı zamanın tələbindən doğsa da, bunu daha da inkişaf etdirmək, müasir tələblər səviyyəsinə çatdırmaq, bütün dövrlərdə peşəkar, mükəmməl sənət biliciləri tələb edib. Sovetlər dönəmində “at oynadan”, dözümlülük baxımından ad çıxarmış “ağ-qara” televizorların, müstəqilik tariximizin ilk illərindən başlayaraq yerlərini rəngli televizorlara verməsi, necə deyərlər, həyatın da rəngini bütünlüklə dəyişdi, ələlxüsus bu sahədə çalışan çox sayda ustaların bilik və bacarığı qoydu ortaya... Kimisi sənətindən uzaqlaşmalı oldu, kimisi biliyinə, təcrübəsinə güvənib, bu gün də sənətində ad sanla çalışır.
Biləsuvarda da elektron sahəni yetərincə bilən, əvvəldən öz peşəsinə bağlı mütəxəssislər az deyil... dünyasını dəyişənlərə Allah rəhmət eləsin! Və bu sənətdə düz 30 ildən artıq izi olan Mirilham Məmmədağa oğlu Ağayev kimi...
Mirilham Ağayevin elektron sahəyə gəlişinin də qəribə tarixçəsi var. 1973-1975-ci illərdə Sovet ordu sıralarında hərbi xidməti zamanı o, polis məktəbinə qəbul olur. Lakin xidmətdən sonra Azərbaycana döndükdə, valideynləri “Gözdən uzaq, könüldən də iraq olar” atalar məsəlində deyildiyi kimi, onun kənar yerdə oxumasına qəti etiraz etməsi Mirilhamı polis olmaq fikrindən daşındırır. Elə həmin il o, biliyini sınayaraq, sənədlərini Bakı Rabitə Texnikumuna verir və radio-televiziya ixtisası üzrə qəbul olur. Burada 3 illik təhsilini fərqlənmə diplomu ilə bitirir. Bundan sonra gənc mütəxəssis sevib-seçdiyi sənət yollarında ilk addımlarını atmağa başlayır.
İlk vaxtlar Cəlilabad Telestudiyasında mühəndis vəzifəsini icra edir, bir müddət sonra isə Biləsuvar Quşçuluq fabrikində işləyir və təlbnamə ilə Biləsuvar Telekommunikasiya Qovşağında ixtisası üzrə çalışmağa dəvət olunur. Həmin dövrlər elektron sahədə yetərli mütəxəssislər azlıq təşkil etdiyindən, binada yerləşən tele otelyedə radio-tele aparatların təmiri işinə də mirilham tez-tez çağırılırdı.
Həmsöhbətimiz Mirilham maraqlı bir tarixi yada salır: “Teleotelyedə nasaz aparatların təmiri ilə məşqul idim. Dedilər ki, “Orbita servis”dən yoxlama gələcək, işinizdə diqqətli olun. Təmir otağına daxil olan ucaboylu komissiya rəhbəri məni görcək gülümsündü- “Bu ki, bizim Mirilhamdı” dedi. Texnikumda ixtisas müəlimim olmuş həmin Qəhrəman müəllim şagird vaxtlarından mənim bu sahədə potensialıma bələd idi. Odur ki, mənə elə teleotelyedə qalıb işləməyi məsləhət gördü.
Bu illər ərzində sənətində yaxşı tanınan Mirilham bacarıqlı usta kimi tam püxtələşmişdi. Cəlilabad-Biləsuvar rayonları üzrə televiziya təmirinin sahə mühəndisliyi kimi məsul bir iş məhz Mirilhama həvalə olunmuşdu. Lakin anba-an müasirləşən günümüzün sənət aləminə də təsirsiz ötüşməyəcəyini bilən Mirilham sənət biliklərini artırmaqdan yorulmurdu. O, (1986-1992-ci illərdə) Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olur və ali təhsilini müvəffəqiyyətlə başa vurur. Müəllimlərinin tövsiyyəsi ilə müasir rəngli televizorların təmiri sirrlərinə də burada bələd olur. “Təcrübə əsl öyrətməndir”-deyən Mirilham, Semfiropol, Moskva, Tallin, Leninqrad kimi böyük şəhərlərdə kurslarda iştirak edib. Aldığı mükafat və hədiyyələri sırasında bu gün də istifadə etdiyi müasir teleaparaturalar var.
1995-ci ildən Biləsuvar Məişət evində çalışan Mirilham Ağayev, üst-üstə düz 40 ildir ki, bu sahədə əhaliyə yüksək xidməti ilə rayon ictimaiyyətinin dərin hörmətini, rəğbətini qazanıb. Seyyid-Peyğəmbər nəslindən olan Mirilham ömür gün yoldaşı sevilən pedoqoq Rəbiyyə müəllimə ilə əl-ələ, nəfəs-nəfəsə 4 övlad böyüdüb, tərbiyə ediblər ailədə- cəmiyyət üçün, xalq üçün layiqli, gərəkli...
Hələ qaysağı sağalmamış yaranı yenidən açıb, sızıldatmaq istəmirəm kimsəni, amma bir işarə vurmasam da olmaz axı! Həyatın şirinliyi qədər acısı da taleyinə yazılıbmış sən demə, gözlənilməz qonaq tək indi qəlbində kök atmış o ağır yükü... daşımaq, qəbul etmək də hər kəsin işi deyil! Mirilham Ağayev- Sən həyat yolunun yüksəlişini yaşayırsan. İndi sizə Tanrıdan gələn böyük səbrə səbrlə davranmağı diləyirik, baba qəlbinə sonsuz sevinc, onların gələcəyi ilə bağlı xoş ümidlər arzulayırıq... 60 yaş nədir hələ deyirik, üzünü gəncliyə tut, səsin gələcəkdən gəlsin. Şair demişkən:
Bahar təravətli ömrünə arzum:
Külək olub, əs, demirəm,
Şimşək olub, çax, demirəm,
O qədər də çox demirəm,
Yüzü gülər üzlə yaşa.

Samir Qurbanov
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728