dini radikalizm və ekstremizmlə mübarizə

Göyçayda “Vətən Sizə oğul dedi!” devizi altında tədbir keçirildi

Göyçayda “Vətən Sizə oğul dedi!” devizi altında tədbir keçirildi
Yeni Azərbaycan Partiyası Göyçay rayon Təşkilatı və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin birgə təşkilatçılığı ilə Göyçay şəhərində “Vətən Sizə oğul dedi!” devizi altında tədbir keçirildi. Tədbir iştirakçıları öncə Dünya şöhrətli siyasətçi Heydər Əliyevin rayon mərkəzindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət etdilər. Daha sonra tədbir Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon Təşkilatının akt zalında davam etdirildi.
Tədbiri Göyçay rayon İcra Hakimiyyəti Başçısının müavini Zivər Zeynalova açdı. Azərbaycanın Dövlət Himni səsləndi, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəq.sükutla yad olundu.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “fact-info.az”, “xebertv.az”, “tereqqi.az” saytlarının redaktoru, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu Respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan hər bir soydaşımızın xatirəsinin Azərbaycanın dövlət orqanları tərəfindən əziz tutulduğunu diqqətə çatdırdı. Şamil müəllim qeyd etdi ki, 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə keçmiş SSRİ-yə məxsus hərbçilər tərəfindən Respublikamızın şəhər və rayonlarında həlak olan insanlar Azərbaycan xalqının qaymaqlarından idi. O, dedi:
-Şəhid və qazilər millətimizin baş tacıdır. Bu gün bütün əhali-imkanlı da, kasıb da yaşadığı əlavə ömrə görə Allaha və döyüşçülərimizə borcludur.
YAP-ın Göyçay rayon Təşkilatının sədri Sahib Şükürov ölkəmizin ərazi bütövlüyü uğrunda əziz canlarından keçmiş şəhidləri kimsənin unutmağa haqqı olmadığını qeyd etdi. Natiq Azərbaycanın dövlət orqanları tərəfindən şəhid və itkin ailələrinə göstərilən qayğıdan danışdı.
“Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Mərkəzi Aran rayonları üzrə Departamentinin sədr müavini Rauf Mirzəyev, həmin Departamentin İdarə heyətinin üzvü, Azərbaycan, İraq və Türkiyə Yazarlar Birliyinin üzvü, Göyçay şəhər 7 nömrəli tam orta məktəbin direktor müavini, Prezident təqaüdçüsü, şair-publisist Aqil Kəngərli, Azərbaycan Respublikası Dini Qurumlar üzrə Dövlət Komitəsinin nümayəndəsi Rauf Nəsirov, Xocalı sakinləri Elşad və Dürdanə Agayevlər 20 yanvarın Azərbaycanın dövlət müstəqilliyinin bərpası yolunda mayak rolunu oynadığını qeyd etdilər.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri- Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün, gənc şair Teymur Əhmədov, Məryəm Qasımova, 5 yaşlı Göyçay şəhər sakini Hüseyn Dadaşov torpaq, Vətən haqda şeirlər söylədilər.
Tədbirin sonunda 20 Yanvar faciəsindən bəhs edən videoçarxa baxış oldu.

Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi.


Fotolar: Qarabağ qazisi Seymur Məmmədova məxsusdur

Göyçayda “Vətən Sizə oğul dedi!” devizi altında tədbir keçirildi
Göyçayda “Vətən Sizə oğul dedi!” devizi altında tədbir keçirildi
Göyçayda “Vətən Sizə oğul dedi!” devizi altında tədbir keçirildi

Oxunub: 1 396
Oxşar xəbərlər
SON XƏBƏRLƏR