» » O dünyadan gələn insan doğum gününü qeyd edir

O dünyadan gələn insan doğum gününü qeyd edir

O dünyadan gələn insan doğum gününü qeyd edir
Xocalı Rabitə Qovşağının sabiq əməkdaşı Dürdanə Ağayeva halalllığı ilə seçilən insanlardandır.1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin Xocalıya hücumu zamanı erməni terrorçuları tərəfindən girov götürülmüş Dürdanə və qardaşı Elşad sözün həqiqi mənasında "cəhənnəmi görüblər".Dürdanə xanım, girovluq həyatından 20 il sonra mərhum ömür - gün yoldaşı İlham müəllimin dəstəyilə özündə təpər tapdı və "8 gün erməni zindanında"adlı kitab yazdı.Bu kitab, erməni terrorizminin, erməni vəhşiliyini sübut etmək üçün çox qiymətli vəsaitdir. Kitab qısa müddətdə əl-əl gəzdi.Heydər Liyev Fondunun vitse-prezidenti, "Xocalıya ədalət Beynəlxalq Məlumatlandırma" Kampaniyasının rəhbəri xanım Leyla Əliyeva həmin kitabın rus və ingilis dillərinə tərcümə və nəşrini həyata keçirdi.Məlum soyqırımın canlı şahidləri olan Dürdanə və Elşad Ağayev bacı-qardaşı Türkiyə, Rusiya, Çexiya və ABŞ-da erməni girovluğunda başlarına gələn müsibətlərdən danışdılar.
Dürdanə və Elşad Ağayevlər "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin üzvüdür.Dürdanə xanım hazırda Xocalı soyqırımından bəhs edən növbəti kitab üzərində çalışır.
Yanvarın 12-i dəyərli ziyalı Dürdanə Ağayevanın doğum günüdür. Mən, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları adından dəyərli Dürdanə Ağayevanı təbrik edir, yeganə övladı Ləman İlhamqızının xoşbəxt günlərinə şahidlik etməsini arzulayıram.
Biz, Sizin kimi halal insanlarla qürur duyuruq, Dürdanə!

Hörmətlə,

Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri.

O dünyadan gələn insan doğum gününü qeyd edir
O dünyadan gələn insan doğum gününü qeyd edir
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031