dini radikalizm və ekstremizmlə mübarizə

DJB.AZ ELMAN ELDAROĞLUNU TƏBRİK EDİR

DJB.AZ  ELMAN ELDAROĞLUNU TƏBRİK EDİR
Bu gün dəyərli eloğlumuz, iti qələm sahibi olan şair, Yardımlı Xeyriyyə cəmiyyətinin sədri, Yardımlının ziyalılarından biri olan Elman Eldaroğlunun doğum günüdür.
Onu təsadüf nəticəsində tanıdım, bəlkə də buna tanımaq deməzlər. Amma bir insanı tanımaq üçün onun əməlləri yetərlidir. Şəxsən üzbə-üz tanımaq qismətimiz olmasa da Yardımlı sakinlərindən onun haqqında o qədər yüksək fikirlər eşitdim ki, düşündüm sanki onu illərdir tanıyıram. Beləcə Elman Eldaroğlunun yaradıcılığın incələdim onun haqqında araşdırma apardım.
İlk müsahibim Yardımlının ziyalılarından biri professor Nazim Nəzərli oldu.
O, dedi: - Elman Eldaroğlu tək Yatdımlının ziyalısı deyil o, həm də Azərbaycanımızın ziyalısıdır. Təpədən dırnağa kimi yurduna, elinə, torpağına bağlı eloğlumuzdur. Elman qardaşımız artıq bir necə ildi ki, Vətəndən uzaqda okeanın o tayında, Amerikanın Miçiqan ştatında yaşayır, amma buna baxmayaraq bütün qəlbi ilə Yardımlıya, Azərbaycanına bağlı bir insandır. Vətəndən çox-çox uzaq olmasına baxmayaraq Azərbaycanla nəfəs alır, hətta xeyriyyə işlərini oradan da davam etdirir. Bayramlarda kimsəsizlərə, tənha, köməksiz insanlara, əlinidən gələn köməkliyi əsirgəmir. Bax budur əsil vətəndaşlıq, budur insanlıq.
Elman Eldaroğlu bu elə, bu millətə gərəkli oğuldur! İnanıram ki, sizi tanıyan hər kəs bizimlə birgə bu təbrikə qoşularaq sizi anadan olduğunuz gün münasibəti ilə səmimi qəlbdən təbrik edir.
P.S.Mən də öz adımdan və DJB.Az kollektivi adından sizi səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, uzun sağlam ömür, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Doğum gününüz mübarək olsun elimin oğlu!

Almaz İlahə Əhmədova

Oxunub: 1 443
Oxşar xəbərlər
SON XƏBƏRLƏR