» » İNTİHARIN SƏBƏBİ PSİXOLOJİ AKTDIR, YOXSA İNSANDA OLAN QÜRURDUR?

İNTİHARIN SƏBƏBİ PSİXOLOJİ AKTDIR, YOXSA İNSANDA OLAN QÜRURDUR?

  • 10-01-2018, 15:32
  • Gundem
  • 145
İNTİHARIN SƏBƏBİ PSİXOLOJİ AKTDIR, YOXSA İNSANDA OLAN QÜRURDUR?
Son zamanlar tez-tez qarşılaşdığımız intiharlar nə ilə bağlıdır? Bu mövzuda çox yazılsada, müxtəlif fikir və mülahizələr söylənsədə intiharın psixoloji aktd olması danılmaz faktırdır. Amma intiharın bir səbəbi də insanda olan qürurdur. Mühitə qürur etməkdir, haqsızlığa etirazdır, özünü həmin mühitə layiq görməməkdir, o mühiti qəbul etməməkdir, özünü o mühitdən yuxarıda tutmaqdır, bəzən də olunan haqqsızlığlara qarşı edilən üsyan səsidir.
İnsan bəzən yaşadıq, həyatda aldığı travmalar nəticəsində süurun qapanması ilə qarşılaşır.
Şüurun qapanması- bu, psixologiyada affekt adlanır. El arasında isə belə hadisəni edən insanlar üçün zəif iradəlilidir deyirik. Ancaq insan beynində baş verən şüurun qapanma anında, beyinin reaksiyasını proqnozlaşdırmaq olmur bu mümkünsüz olduğu üçün şüur tam şəkildə qapanır. Bunun isə iradə ilə heç bir əlaqəsi yoxdur. Bu zaman şüür affekt halına keçid edir, bu halda şüur öz funksiyasını dayandırdığı üçün, ətraf mühitlə beyin arasında əlaqə kəsilir, beyin vizual məlumatı qəbul etmir. İnsan əşya və hadisənin yalnız şəklini görür və onun gördüyü yalnız şəkil, tablo təssüratı oyadır. Sanki o zaman gördüyü hər hansı son görüntü səsiz bir filim kimi gözləri önündən keçir və təfəkkürdə yerləşdirilməyən informasıya göz yaddaşından tamam silinib gedir deyə, hətta insan o an etdiyini sonralar belə xatırlamır. Bəzən intihar edən insanların zəif iradəli olması ilə mühakimə edirik. Amma
bu psixoloji hal haqqında öncədən proqnoz vermək olmur.Ekstremal vəziyyətdə hər birimiz hadisəyə necə reaksiya verərək davranacağımızı isə demək qeyri müəyyəndir.
Qarşılaşdığımız hər bir intiharla bağlı olan durumlara aydınlıq gətirdikdə əksər hallarda bu sözləri eşidirik. Onun bu addımı atacağına inanmırıq, yada ki, çox sağlam düşüncəli mübariz insan idi. Bu isə bir daha onu göstərir ki, eksteremal vəziyyətdə hər bir insan bu addımı ata bilər.

Almaz İlahə Əhmədova
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031