dini radikalizm və ekstremizmlə mübarizə

Qubaya güclü qar yağıb

Qubaya güclü qar yağıb
Ölkə ərazisində yanvarın 9-u gündüz hava şəraiti yağmursuz keçib, lakin 9-u axşamdan 10-u səhərədək hava dəyişib, qeyri-sabit olub, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qusarda 11, Qubada 10, Şabranda 5, Sarıbaş, Astara, Altıağacda 4, Xınalıqda 3, Şahdağ, Xaltanda 2, Mərəzə, Balakən, Göytəpə, Lerik, Kişçayda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Binə, Pirallahı, Zabratda 1 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 13, Şahdağda 12, Quba, Xınalıqda 10, Qusar, 8, Altıağacda 7, Sarıbaşda (Qax) 6, Xaltanda 4, Rvarud, Lerikdə 2, Mərəzə, Şabranda 1, Qubanın dağlıq ərazilərində 4-13 sm təşkil edib.

Oxunub: 819
Oxşar xəbərlər
SON XƏBƏRLƏR