dini radikalizm və ekstremizmlə mübarizə

"Arxasıza arxa ol ki..."

"Arxasıza arxa ol ki..."
Azərbaycan vətəndaşı olan şairlərdən kiminsə 2 misrası yaddaşıma əbədi hopub:
"Bizdən irəlidədir avropalılar,
İşi iş bilənə tapşırır onlar."

Təəssüflər olsun ki, yazılmasına, deyilməsinə,müəyyən işlərin görülməsinə baxmayaraq məmləkətimizdə öz halal haqqını almayan insanlar hələ də çoxdur.Belə insanlardan biri də "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədovadır.Mahirə xanım sahibkardır. Qazandıqlarının çoxunu xeyriyyə işlərinə sərf edir. Hacıxanım Mahirə Əsədova Ağdamın Əhmədağalı kəndində şəhid Şəmsəddin İsgəndərov adına, həmin rayonun Quzanlı qəsəbəsində isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Şirin Mirzəyev adına bulaq və artezian quyusunu öz şəxsi vəsaiti hesabına tikdirib, yerli əhalinin və qonaqların ixtiyarına verib.Milli Məclisin deputatı Qənirə xanım Paşayevanın təşəbbüsünə qoşulan M.Əsədova 2018-ci ilin fevralında Türkiyənin Bolu şəhərində möhtəşəm "Xarıbülbül" abidəsini inşa etdirib.
Mahirə Əsədova 10-dan çox sənədli filmin və kitabın sponsorudur. Mahirə xanım, rəhbərlik etdiyi "Yeni Yurd"Sosial İnkişaf ictimai birliyi və mənim rəhbərlik etdiyim "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəallarıyla birgə daim cəbhə bölgələrinə səfər edir, zabit, gizir və əsgərlərə lazımi dəstəyi göstərir.
M.Əsədova bir neçə şəhid və imkansızın mənzilini təmir etdirən, lakin bu barədə danışmayan birisidr.
Bu gün Mahirə xanımın atası Hacı Sahid Əsədov növbəti doğum gününü qeyd edir.Mən, böyük məmnunluqla övladlarını halal zəhmətlə böyüdən Sahid əmi və Qəribcan xalaya Xatirə, Mübariz, Mahirə kimi övlad böyürdükləri üçün təşəkkür edirəm.
Doğum günün mübarək olsun,Sahid əmi!
Dahi şairlərimizdən olan Səməd Vurğun gözəl deyib:
"Arxalıya arxa olsan, deyəcəklər yamaqdır,
Arxasıza arxa ol ki, qoy desinlər, daaqdır!"
Mahirə Əsədova həmişə imkansızlara arxa-dayaq olub.
Allah bu cür yaxşı insanları qorusun.

Şamil Sabiroğlu,döyüşçü-jurnalist,
"Tərəqqi" medalının mükafatçısı.

"Arxasıza arxa ol ki..."
"Arxasıza arxa ol ki..."
"Arxasıza arxa ol ki..."
"Arxasıza arxa ol ki..."

Oxunub: 1 433
Oxşar xəbərlər
SON XƏBƏRLƏR