dini radikalizm və ekstremizmlə mübarizə

Rektorlarımızı tanıyaq - Məhərrəmov Abel Məmmədəli oğlu

Sosial şəbəkələrdə maraqlı paylaşımları ilə öndə olan Millət vəkili Aydın Mirzəzadə bu dəfə REKTORLARIMIZI TANIYAQ layihəsi ilə oxuculara Bakı Dövlət Universitetinin rektoru Abel müəllim haqda maraqlı yazı dərc edib. Mətni olduğu kimi, oxucularımıza təqdim edirik.

Rektorlarımızı tanıyaq  - Məhərrəmov Abel Məmmədəli oğluBakı Dövlət Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri.

5 yanvar 1950-ci il ildə Ağdam şəhərində anadan olmuşdur.

1966–cı i0də Ermənistan Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur.

Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır.

1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur.

Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaiti çap olunmuşdur.

Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.

O, "Alkenilfenolların kimyası", "Аминотиолы и их производные" monoqrafiyalarının və "Neft kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir.

Elmi nailiyyətlərinə və uğurlu təhsil idarəçiliyə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Elm xadimi" fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala layiq görülmüşdür. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülmüşdür.

Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvüdür.

1999-cu il yanvarın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdir.

2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.

2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olmuşdur, 2004-cü ildən isə vitse-prezidentidir.

III (2005-ci il) və IV (2010-cu il) çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
.
2016-cı ilin oktyabrın 28-də Rusiya Elmlər Akademiyasının xarici üzvü seçilib.

Ailəlidir, iki övladı, dörd nəvəsi vardır.

Oxunub: 1 160
Oxşar xəbərlər
SON XƏBƏRLƏR