» » Heydər Əliyevin xalqa ən böyük Mirası

Heydər Əliyevin xalqa ən böyük Mirası

  • 24-12-2017, 16:00
  • Gundem
  • 551
Heydər Əliyevin xalqa ən böyük Mirası


İtirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytaran, son nəfəsinədək yalnız Azərbaycanı, özündən sonra ona güvənən millətin taleyini kimə həvalə edəcəyini düşünən Öndərimiz H.Ə.Əliyev son vəzifəsini də layiqincə yerinə yetirdi. Azərbaycana İlham Əliyev kimi lider bəxş etdi.

Azərbaycanlılar yaxşı bilirdi ki, dünya liderlərinin də anlayacağı bir dillə danışa biləcək, Heydər Əliyev siyasətini davam etdirəcək yeganə şəxs- məhz İlham Əliyevdir.

İlham Əliyev hələ Milli Məclisin deputatı olduğu dövrdə geniş fəaliyyət göstərmişdir. O daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Ona görə də Heydər Əliyevdən sonra xalq onun davamçısı İlham Əliyevin ətrafında sıx birləşərək prezident kimi onu seçdilər və yanılmadılar.
Savaşdan, müharibədən, istər sapı özümüzdən olan baltalardan, istər xarici qüvvələrin məkrli oyunlarından təzəcə xilas olmuş, dünyaya özünü yeni-yeni tanıtmağa çalışan bir milləti bundan sonra daha çox qorumaq, ordunu gücləndirmək, xalqın güzəranını yaxşılaşdırmaq lazım idi. Bu güc, bu qüvvənin, Heydər dühasının, o böyük siyasətçinin yetirməsinin kim ola biləcəyini isə millət yaxşı bilirdi. Məhz Heydər Ocağında böyümüş İlham Əliyevdə gördü xalq gələcək liderliyi .
İlham Əliyevin ətrafında böyük sevgi, inam vardı. İlham Əliyevin ətrafında xalq sevgisi vardı. Xalqın sevgisi olan yerdə birlik olar, güc, inkişaf və xoş gələcək olar əlbəttə.
Baxmayaraq ki, müstəqillik qazandığımız heç də böyük tarix deyil, amma bu illər ərzində görülmüş işlərə nəzər salanda bir daha əmin olursan ki, demək qısa bir vaxtda böyük uğurlara imza atmaq mumkündür. Azərbaycanda müstəqillik illərində görülmüş işlər və nəzərdə tutulmuş layihələr bir daha göstərir ki, bu ölkənin güclü ordusu, möhkəm iradəli vətəndaşları, dahi Öndəri, unudulmaz şəxsiyyətləri və layiqli Ölkə Başçısı var.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.
İ.Əliyevin AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var.
Prezident İlham Əliyevin dövlətin inkişafı, xalqın firavan yaşaması naminə gördüyü işlər göz qabağındadır. Onun həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir.
Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizin müstəqilliyini daha da gücləndirmək və Qarabağı azad etmək. Əminəm ki, biz buna nail olacağıq. Buna bariz misal Aprel döyüşləridir. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmiz, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır.

Cocuq-Mərcanlıya köç, düşmən xəyallarının məzarlığa köçüdür. Cocuq-Mərcanlıya qayıdış bir xəbərdarlıqıdır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

Redaksiyadan: Cənab prezidentimizi ad günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür arzu edirik.
Vüsalə Qələndərli
DJB,AZ
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31