» » "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin növbəti uğuru

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin növbəti uğuru

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin növbəti uğuru
İstər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir soydaşımız Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasına dəstək olmalıdır. Ziyalılar savadı, imkanlılar puluyla.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədr müavini (ictimai əsaslarla) Dilbər Sultanova işgüzar insandır. O, Xocalı soyqırımının tanınması üçün müstəsna xidməti olan insanlardandır. 2016-cı ildə Türkiyənin İzmir şəhərinin Bornovo Bələdiyyəsinin maliyyə imkanları hesabına Azərbaycan və Türkiyə dostluq parkının açılmasına, Xocalı soyqırımının qurbanlarına abidə qoyulmasına nail olan Dilbər xanım və Birliyin Gəncə Regional Departamentinin rəhbəri, Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün Aqil Məmmədov, 2017-ci ildə bu arzunun Türkiyənin Samsun vilayətində həyata keçməsinə nail olublar. Belə ki, 2017-ci il martın 1-də Samsun vilayətində məlum soyqırımın qurbanlarının xatirəsinə həsr edilən tədbir zamanı D.Sultanova və A.Məmmədov Qarabağ Dostluq parkının və Xocalı faciəsi qurbanlarının xatirəsinə abidənin inşa edilməsinin zəruri olduğunu qeyd ediblər. Yerli Atakum Bələdiyyənin fəalları bu təklifi böyük məmnunluqla qarşılayaraq qısa müddətdə Qarabağ parkının və Xocalı soyqırımında həlak olanların xatirəsinə abidənin inşasını reallaşdırıblar. Samsun vilayətinin, habelə, Atakum Bələdiyyəsinin bu addımı Qarabağ və Xocalını qəlbən sevən insanlar, xüsusən də, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları tərəfindən sevinclə qarşılandı.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədr müavini Dilbər Sultanova və Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün, doktor Aqil Məmmədovun atdığı bu addım, Birlik sədri tərəfindən böyük sevinclə qarşılandı.Təbii ki, bu, həm də "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin növbəti uğurudur.
Allah Sizdən razı olsun,Dilbər xanım!
Allah Sizdən razı olsun, dəyərli Aqil Məmmədov qardaşım!


Şamil Sabiroğlu,
Şamilə Şamilqızı,
"Ana harayı" qəzetinin, "fact-info.az"və "xebertv.az"saytlarının xüsusi müxbirləri.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin növbəti uğuru
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin növbəti uğuru
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031