» » Yazıçı-publisist Almaz İlahə Əhmədovanın 50 illik yubileyi qeyd olunacaq

Yazıçı-publisist Almaz İlahə Əhmədovanın 50 illik yubileyi qeyd olunacaq

Yazıçı-publisist Almaz İlahə Əhmədovanın 50 illik yubileyi qeyd olunacaq
Azərbaycan mətbuatında öz dəst-xətti olan "djb.az"saytının baş redaktoru, yazıçı-publisist-şair Almaz xanım Əhmədovanın anadan olmasının 50, yaradıcılığının 20 illiyi münasibətilə tədbir keçiriləcək.

Almaz xanım Bakı şəhərində yaşayır.Onun ömür-gün yoldaşı Mirzə Əhmədov 1992-1993-cü illərdə könüllü olaraq ön cəbhəyə yollanıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.İndi haqq dünyasında olan Mirzə bəyin yeganə oğlu Mirrəhim Əhmədov hazırda Respublika Müdafiə Nazirliyinin tərkibindəki hərbi hissələrdən birində gənc əsgər olaraq xidmət edir.

Almaz İlahe Ehmedova əziz övladı İlahəni çox vaxtsız itirib.İndi onu ürəyində, imzasında və yazılarında vəsf etməyə çalışır.

Almaz xanım, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvüdür.Almaz xanım, Azərbaycan dövlətçiliyinə sədaqətlidir, ictimai fəallığı ilə seçilən xanımlardandır.
Dəyərli poeziya həvəskarları,böyük məmnunluqla Sizi dekabrın 30-u saat 12-00-da "Qafqaz-Media" ictimai birliyinin təşkilatçılığı ilə-Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində təşkil ediləcək yubiley tədbirinə dəvət edirik.




Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi,
"fact-info.az"və "xebertv.az" saytlarının müxbiri
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031