» » İnsan özünə nəyə görə qəsd edər?

İnsan özünə nəyə görə qəsd edər?

  • 15-12-2017, 15:11
  • Gundem
  • 241
İnsan özünə nəyə görə qəsd edər?
Son zamanlar cəmiyyətimizdə tez – tez rast gəlinən hallardan biridə suisid yəni insanların özlərinə qəsd etməsidir. Insanlar öz həyatlarına müxtəlif cür son qoyurlar.

Suisid – bir qayda olaraq ümidsizlikdən yaranan etirza əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə ağlın qarışması nəticəsində baş verir. Əsas amil isə yoxsulluq, işsizlik, itirmə qorxusu, ailə münasibətlərindəki anlaşılmazlıqlar və münaqişələr ucbatından baş verir. Buna səbəb insanda psixi problemlər və depresiyaya səbəb ola bilər və bir çox hallarda intiharın səbəbləri tam məlum olmur. İntiharın səbəbləri kimi bu məqamda toxunmaq isərdim. Daha çox cinsiyyət, şiddətə meyillilik, spirtli içki, narkomaniya, taksikomaniya və narkotik vasitələrdən asılılıq, yüksək həyəcan və ya hər hansı bir xəstəlik keçirən insanlar özlərinə qəsd etməyə addım atırlar. əsasən xərçəng xəstəliyi keçirən insanlar intihara meyilli olurlar. İnsan hər hansı bir problemlə rastlaşarssa onu həll edə bilməyəcəyini düşünür və çox təssüf ki, çıxış yolunu özünə qəsd etməkdə görür. Lakin düşünmürki hər bir problemin həlli yolu vardır. Sadəcə olaraq bunu düşünüb tapmaq lazımdır. Hec vaxt özünə qəsd bir çıxış yolu kimi düşünülməməlidir. İntihara meyilli insan bir növ özünə diqqət çəkmək məqsədi daşıyır. Yeniyetmələrdə əsasən ailədə münasibətlər öz yaşıdları ilə münasibətlərdə problemlər olasa və qarşılıqsız sevgi yaşayarsa bu intihar üçün səbəb yarada bilər. Nəzərə alsaq dindar ailələrdə intihar hallarına çox az–az rast gəlinir. Müqəddəs Qurani – Kərimdə qeyd olunub!Allah, öz – özünüzü öldürməyin – deyə buyurub ( Nisa, 4/ 29 ) çətinliklərdən bezən, ümüdünü itirən və problemlərdən bir çıxış yolu görə bilməyən insanların intihara meyilli olmasi mümkündür.

Allah belə buyurub!

Allahın rəhmətindən ümüdünüzü üzməyin, çünki Allahın rəhmətindən ümüdünü kəsən onu tanımayanlar, (inkar edən) dəstədir.
Əziz valideyinlər əgər övladlarınızda bu xüsusiyyətlərə rast gəlirsizsə bir tərəfli qərar verməyə tələsməyin. Mütləq şəkildə valideyin və psixoloq birliyinə müraciyyət edin.


Vəfa Rəşidova
Psixoloq
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031