» » “Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR

“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR

“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR
Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...
Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Azərbaycan Silahlı Qüvvələrinin şəhid kapitanı, “Aprel döyüşləri”ndə qəhrəmancasına həlak olmuş İnqilab Quliyevin həyat yoldaşı Lalə Quliyevadır.

Qısa arayış: Əslən Kəlbəcər rayonundan olan İnqilab Quliyev 1983-cü ildə anadan olub. Ailəli idi; iki oğlu yadigar qalıb. Kapitan İnqilab Quliyev 2016-cı ilin aprel ayında cəbhədə baş verən şiddətli döyüşlərdə şəhid olub.
Aprelin 5-i İnqilab Quliyev Gəncə şəhərinin Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.
İnqilab Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Şəhidin həyat yoldaşı Lalə Quliyeva İnqilab Quliyevlə münasibətlərinin tanışlıq üzərində qurulduğunu deyir.

Ailənin bəyəndiyi qızı sevib evlənən hərbçi

“İnqilabın bacısı ilə bir sinifdə oxumuşduq. Elə İnqilabın anası da məni o cür tanışlıqla bəyənib. Sonra İnqilabı evləndirmək istəyəndə məni göstəriblər. O da bəyənib və biz ailə həyatı qurmuşuq. Belə tanış olmuşuq. Tanış olandan sonra aramızda sevgi yaranıb. İkimiz də Gəncədə yaşamışıq. Ali təhsilim yoxdur. Tanış olan vaxtlarda İnqilab hərbçi idi. Naxçıvanski adına Hərbi Liseyi bitirmişdi. Peşəsini elə sevirdi ki, bu sevginin qarşısında onu işindən geri çəkindirmək haqqında düşünməmişəm. Bir insan sevə-sevə hərb sahəsini seçmişdisə, onu işdən necə ayırmaq olar?!”.
“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR

““Ata” yox, “dədə” deyirdilər”

Lalə Quliyeva övladlarının ata sevgisindən də söz açıb: “2 oğlumuz var. Birinin 5, digərinin 4 yaşı var. İnqilabın arzuları yarımçıq qaldı. Övladları ilə bağlı o qədər arzuları vardı ki! Həmişə onların yaxşı təhsil alması barədə düşünürdü. Hər bir ata kimi onun da arzuları vardı. Amma müharibə onun arzularını ürəyində qoydu. Uşaqlar balaca olanda İnqilaba “ata” yox, “dədə” deyirdilər. Ona görə də İnqilab şəhid olandan sonra “mən dədəm kimi böyüyəcəm” söyləyirlər. İnqilab uşaqlarla elə səmimi vaxt keçirirdi ki! Onlarla uşaq dilində danışır, belində gəzdirir, başlarını qatırdı. İnqilab evdə olanda uşaqlar onunla heç darıxmırdılar. Heç vaxt uşaqlarının hərbçi olub-olmamaq istəyini dilə gətirmədi. O qədər gözəl xasiyyəti vardı ki! İnqilab kimi insan dünyaya az gəlir”.

“Narahat olmayın, gələcəm”

Şəhidin həyat yoldaşı İnqilabın sağ-salamat gələcəyini son günə qədər gözləyib:

“İnqilabın bir dəfə də olsun hərb, müharibə məsələlərindən danışdığını xatırlamıram. İşinin məxfi qalmasına çalışırdı. 2016-cı ilin Novruz bayramında bir yerdə olduq. Bayramın səhəri getdi. Sonra martın 31-də evə gəldi. Amma bu gəliş elə-belə gəliş deyildi. Çünki çantasını toplayıb getdi. Əslində, İnqilab vəziyyətin çətin olduğunu bilirdi. Buna baxmayaraq, bu dəfə də heç nə demədi. Heç müharibədən, cəbhədəki gərginlikdən danışmadı. “Təlimə gedirik” dedi. Aprelin 1-i zəng etsək də, zəng çatmadı. Aprelin 2-si zəng edəndə “siz zəng etməyin, mənə edəcəm” dedi. Sonra bir neçə dəfə zəng etdi. Axırıncı zəngimiz aprelin 4-ü saat 6-nın yarısı danışdıq. Artıq aprelin 1-də mətbuatdan, televiziyadan dəhşətli xəbərlər almağa başladıq. Çox narahat idim. İnqilab isə vəziyyətin yaxşı olduğunu deyirdi. Mən İnqilabın sağ-salamat geri qayıdacağına inanırdım. Çünki o, elə ümidli danışırdı ki! Hər dəfə efirdə xəbərləri izləyəndə içimdə bir narahatlığın olduğunu deyirdim. O isə “narahat olmayın, gələcəm” deyirdi. Anası da çox narahat idi. Nəsə bir hadisənin baş verəcəyindən qorxurdu. Sanki ona əyan olmuşdu. Təbii, hamımız narahat idik. İnqilabdan yaxşı xəbərlər gözləyirdik. Allaha dua edirdik ki, hamının əri, oğlu, qardaşı sağ-salamat evinə qayıtsın. Bizimki də onun içində. Amma dualarımız da qəbul olunmadı. İnqilabın cənazəsini aprelin 5-i gecə saat 2-nin yarısı gətirdilər.
İnqilab Tərtərdə olan vaxt anası da Tərtərdə o biri oğlugildə qalırdı. Biz Tərtərə getmək istəsək də, yolların bağlı olduğunu demişdilər. Elə oldu ki, İnqilabın cənazəsi gətirilməzdən qabaq anasını Gəncəyə göndərmişdilər. Qəfil xəbəri vermək istəmirdilər. Anası İnqilabın yaralı olduğunu bilirdi. Şəhid olduğundan xəbərsiz idi”.
“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR

“Ay Allah, dədəm evə gəlsin”

Lalə Quliyeva deyir ki, uşaqların hərəkətləri qarşısında ancaq susurlar:

“İndi də hər dəfə qapı döyüləndə uşaqların ikisi də qapıya atalarının gələcəyi ümidi ilə qaçırlar. Böyük oğlum aynanın qarşısına keçib əlini göyə qaldırıb deyir ki, “ay Allah bir istəyim var səndən. Dədəm bir dəfə də olsa, evə gəlsin”.
Uşaqlar İnqilabın şəhid olduğunu bilirdilər. Cənazəsi evə gələndə böyük oğlum dedi ki, “qutunun içindəki dədəmdir. Ona deyin, durub mənimlə yatsın”. Baxmayaraq ki, yaşları azdır, amma atalarının yoxluğunu dərk edirlər. Amma hər dəfə atalarının evə gəlməsini istəyirlər. İnqilab şəhid olandan sonra uşaqlar gecələri ixtiyarsız olaraq ağlayırdılar. Məndən bir cavab ala bilməyəndə nənələrindən soruşurdular ki, “dədəm hardadır?”. “Dədəniz göylərdədir” cavabını verəndə böyük adam kimi nənələrini qucaqlayıb ağlayırdılar.

Mənə indi fərqli suallar verirlər: “Niyə dədəmiz evə gəlmir? Niyə işdə qalır?”. Bir dəfə Tərtərə getmişdik. Orada da “dədəm bura gələcək. İndi işdədir” demişdilər. Böyük oğlum hazırlığa gedir. Hələ məktəbə getmir. Kağıza öz bildiyi şəkli çəkib deyir ki, “bu atam, bu anam, bu qardaşım, bu da mənəm”. Övladlarımın hərbçi olmaq qərarlarına ana olaraq qarşı çıxmaram. Vətənə layiqli xidmət etsinlər. Amma şəhid xəbərlərini almaq istəmirəm”.
“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR

Təsəlli - “İnqilab aramıza yenə qayıdacaq”

Şəhidin xanımı indi İnqilabla bağlı təsəllini öladlarından aldığını deyir:

“İnqilabın ətrini övladlarından alıram. Sağlığında bir neçə ətir almışdı mənə. O ətirləri istifadə etmirəm ki, birdən qurtarar. Onlar mənim üçün İnqilabdan xatirədir. Bir insanı itirmək çox ağırdır. Sözlə ifadə edə bilmirəm. Hətta uşaqlarım olmasaydı belə, İnqilabın atasıgili tərk edib getməzdim. Yenə də burada qalardım. Onun ata-anası mənim də ata-anamdır. Heç bir fərqi yoxdur. Müharibənin adından belə qorxuram. Sevdiyimi, uşaqlarımın atasını bizdən aldı. Dərdimiz heç vaxt sağalmayacaq. Gözümüzün suyu dayanmır. Yaşadığımız günlər yadına düşəndə özümə yer tapa bilmirəm. Siması hər gün gözümün önündə canlanır. İçimdə bir təsəllim var. İnqilab ölməyib. Bəlkə geri qayıtdı. Bu, hərb işidir. Heç nəyi dəqiqliklə demək olmaz. Bəlkə İnqilab aramıza yenə qayıdacaq. Həyatdı. İnqilab şəhid olandan sonra toy kasetimizi və şəkillərimizi telefona yükləmişəm. Tez-tez xoşbəxt günlərimizə həsrətlə baxıram. Nişan üzüyümüzü isə ən müqəddəs əşya kimi qoruyub saxlayıram”.
“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR
“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR
“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR
“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30