» » “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “fact-info.az”, “xebertv.az” saytlarının redaktoru, “Ana harayı”qəzetinin baş redaktoru Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə xidmət edən zabit, gizir və əsgərlərlə görüşdü.Birliyin Qarabağ Regional Departamenti fəallarının da iştirak etdiyi tədbiri şair-publisist Aqşin Hacızadə açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın ruhları 1 dəq.sükutla yad edildi.

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri Şamil Sabiroğlu son 5 ildə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının güclənməsində, habelə, şəxsi heyətin sosial məişət şəraitinin yaxşılaşmasında Müdafiə Naziri, General-polkovnik Zakir Həsənovun rolundan danışdı. Qeyd etdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən bütün hərbi hissə və taborlarda valideynlər üçün “Açıq qapı” günləri keçirilir.

Birlik sədrinin müavini Dilbər Sultanova, Xocalı sakini, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin üzvü Dürdanə Ağayeva, Birliyin Qarabağ Reginal Departamentinin sədri, Qarabağ qazisi Rizvan Qasımov, döyüşçülərdən sabiq Tabor komandiri Gəray Əsədov, habelə, döyüşçülərdən Sahib Vəliyev, Camal Canbaxışov və başqaları “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin yaradılmasının 10-cu ildönümü və Beynəlxalq Əlillər günü ilə əlaqədar təşkil edilən tədbirin ictimai əhəmiyyətini qeyd etdilər.

Hərbi xidmətdə fərqlənən zabit, gzir və əsgərlərə diplom, Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edildi.

Daha sonra maraqlı konsert proqramı ilə bütün şəxsi heyət rəqsə dəvət olundu...

Aqşin Hacızadə,
Şamilə Şamilqızı.
Fotolar: Kamal İsfəndiyarova məxsusudur.

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri ön cəbhədə zabit və əsgərlərlə görüşdü
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031