» » Qaraşov Taleh Azay oğlu

Qaraşov Taleh Azay oğlu

  • 30-11-2017, 15:01
  • Gundem
  • 253
Qaraşov Taleh Azay oğlu
Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur.
1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı “Şirvanmeliosutikinti” trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. .Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Ailəlidir, 3 övladı var Taleh Qaraşov Lənkəran rayonuna icra başçısı təyin olundandan sonra rayonda canlanma muşahidə olunmağa başladı.Belə ki Taleh Qaraşov Lənkəran rayonunda çoxlu abadlıq işləri apararaq rayonu gözəlləşdirdi.Onun yüksək səyi nəticəsində Lənkəran şəhəriçi və kəndlərarası yollar asfaltla döşənmişdir.Taleh Qaraşov Ümummilli Liderimiz Heydər Əliyevin və onun varisi İlham Heydər oğlu Əliyev cənablarının siyasi kursunun davamçılarından biridir.O Lənkəran camaatına yüksək qayğı ilə yanaşır.Beləki Taleh Qaraşov cənabları Lənkəran camaatının qayğısına qalmaq üçün hər həftə açıq qəbul günü yaradıb.Bu da rayon camaatının öz rəhbəri ilə birbaşa ünsiyyət saxlayıb öz problemləri barədə danışmağa imkan yaradır. Belə ki, Rayon İcra başçısı çox hörmətli Taleh Qaraşov cənb¬la¬rı¬nın yüksək səyi nəticəsində Ləj kəndinə 2016-cı ildə qaz çəkildi. Həmən gün Ləj camaatı üçünn bayram günü idi. Ləj camaatı bu günü çoxdan gözləyirdi ki, Taleh Qaraşov cənabları bu xoş günü görməyi onlara nəsib etdi. Məhz onun sayəsində Ləj kəndi mavi yanacağa qovuşdu. Taleh Qaraşov rayonda olan Qarabağ veteranları ilə də vaxtaşı görüşüb onların problemləri ilə maraqlanır və bu problemlərin aradan qaldırılması barədə tədbirlər görməsi üçün göstərişlər verir.Bundan əlavə İcra başçısı Lənkəran rayonunda olan şəhid ailələri ilə də vaxtaşrı görüşür və onların problemləri ilə maraqlanaraq onlara yüksək qayğı göstərir.Ümumiyyətlə cənab preidentimiz İlham Əliyev Lənkəran rayonunu Taleh Qaraşova tapşırmaqla Lənkəran xalqına böyük bir etimad göstərmişdir.Çünki Lənkəran xalqı və ziyalıları Taleh Qaraşovdan razıdır , onunla fəxr edir və onu hər zaman dəstəkləyir.

Tədqiqatçı-Tarixçi Aqşin Mistanlı
Qaraşov Taleh Azay oğlu
Qaraşov Taleh Azay oğlu
Qaraşov Taleh Azay oğlu
Qaraşov Taleh Azay oğlu
Qaraşov Taleh Azay oğlu
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031