» » HƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIR

HƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIR

HƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIR Yenə də əlimdə qələm, kağız gözəl bir tədbirin xoş kövrək duyğuların qələmə almağa çalışıram. 13 sentyabr 18.00 da Xırdalan şəhər Sultan şadlıq sarayında "Vəfa" sosial ictima birliyinin təşkil etdiyi xeyriyyə tədbirində iştirak etdik. Bizi ilk olaraq qarşılayan birliyin direktoru Fatimə Hacıbəyli oldu.
Simasındakı təbəssüm, gözlərindəki məhəbbət ilk baxışdan insanı valeh edirdi. Təbir isə öz rəngarəngliyi ilə qəlb oxşayırdı. Hər kəsin simasındakı təbəssüm ilk öncədən insana xoş təsurat yaratsada bir neçə dəqiqədən sonra sağlamlığına qüsur olan dostlarımın gözlərindəki kədər diqqətimdən yayınmadı. Sevin, kədər həmişə insanın yol-yoldaşı olub. Bir göz sevinərkən bir göz həmişə kədərlənər dediyimiz bir atalar misalı var. Bu misal tam olaraq yerində deyilmişdir. Onlar kədərlə, sevnci birlikdə idarə edərək yaşayırlar. Bu gün isə dostları Fatimə xanıma və Vəfa xanma dəstəy olaraq şənliyin böyük əksəriyyətin təşkil edirdilər. Mən isə öz növbəmdə onların hər birinə diqqət ayıra bilməsəmdə əksəriyyəti ilə görüşərək hal-əhval tutdum. Beləcə tədbirə qaynayıb qarışdıq. Gözəl insani xüsusiyyətləri özündə cəm edən Fatimə xanım həmişə olduğu kimi dostlarının köməyi ilə möhtəşəm bir tədbirin keçirilməsinə imza atdı. O, həmişə xeyriyyə tədbirlərinin təşkilindən zövq alır. Yenədə 5 az yaşlı uşaqların kiçik toy mərasiminin yüksək şəkildə keçirilməsinin təminatçısı oldu. Beləcə 5 imkansız ailənin övladı müsəlman olu. Hər bir valideynin gözlərində sevin duyulurdu. Bunu görən hər bir kəs xeyriyyə tədbirlərin keçirilməsinin nə qədər savab olduğunu dərk edir. Və eləcə hər bir kəsin boynuna gələn bir haqq var. Yaxşılıq etmək. Gəlin elə yaşayaq ki, geriyə dönüb baxarkən təssüf hissi keçirməyək. Hər gün etdiyimiz əməl üçün gecələr başımızı yastıgımıza qoyarkən özümüzdən hesabat istəyək və gördüyümüz işlərin hansı bizm əməl dəftərimizdə, axirətimzdə köməyimizə gələcəyi haqda düşünək. Mən əminəm ki, Fatimə xanım və onun timsalında belə gözəl qəlbə malik olanların hər biri axirətdə əməl dəftəri ilə fəxr edəcək. Və bir çoxlarından fərqli olaraq müjdələnəcəklər...
P.S. Tədbirə sponsorluq Sultan sadlıq sarayı və Fatimə pərdə salonu göstərmişdir. Sizə uğurlar! Belə gözəl işlərə imza atan dostlarınız daha da çox olsun.

Almaz İLAHƏ Əhmədova

HƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIRHƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIRHƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIRHƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIRHƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIRHƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIR
HƏR BİR YAXŞI ƏMƏL AXİRƏTİMİZİN TƏMİNATÇISIDIR
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31