» » Əliyev Aqşin Böyükağa oğlu -Mistanlı

Əliyev Aqşin Böyükağa oğlu -Mistanlı

  • 24-11-2017, 14:51
  • Gundem
  • 945
Əliyev Aqşin Böyükağa oğlu -Mistanlı

Əliyev Aqşin Böyükağa oğlu (Mistanlı)16.03.197-ci ildə Lənkəran rayonu Ləj kəndində ziyalı ailəsində anadan olmuşdur. 1983-1994-cü illərdə orta təhsilini Ləj kənd 11 illik orta məktəbdə almışdır. Əliyev Aqşin Böyükağa oğlu 1994-cü ildə ADPU-nin Tarix-Filologiya fakültəsinə daxil olmuş və 1998-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
1998-1999-cu illərdə həri xidmətdə olmuşdur. 1999-cu ildə Bəlləbur kənd orta məktəbində tarix müəllimi işləmiş və elə o ildə də Bəlləbur qalasını tədqiq etmişdir. Əliyev Aqşin Böyükağa oğlu 2000-ci ildə Bakı şəhəri 35 saylı orta məktəbdə işləmişdir. 2000-2003-cü illərdə Rusiyanın Moskva şəhərində media sahəsində çalışmışdır. Hal-hazırda onun Bəlləbur qalası, Babər qalası, Bobogil qəbir daşları, Seyidəpir ocağı, Haftoni kurqanları, Şağlakücə İmamzadə türbəsi, Sığon daş-qutu qəbir daşları, Lənkəran yoxsa Lankon, Lənkəran qalasının alınması, Osakücə Mir Şərif Ağa ocağı, Sınovli kurqanları və 100 -ə yaxın elmi publisistik məqalələri müxtəlif saytlarda qəzet və jurallarda dərc olunmuşdur. Müəllifin 2017-ci ildə öz doğma kəndi haqqında, Bataqlıqdan Başlaya Həyat adlı kitabı işıq üzü görmüşdür. Bundan əlavə Əliyev Aqşin Böyükağa oğlu şeir də yazır. Müəllifin irili-xırdalı 200-ə qədər şeiri var və bu şeirlər müxtəlif saytlarda və jurnallarda dərc olunmuşdur. Ali təsillidir. Ərəb-Fars-Rus-Əfqan dillərini mükəmməl bilir. Üç övladı var. Mistanlı təxəllüsü ilə şeirlər yazır. Tədqiqatçı-Tarixçidir və araşdırmaçıdır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031