» » Rəhmanov Mahir Xanoğlan oğlu

Rəhmanov Mahir Xanoğlan oğlu

  • 23-11-2017, 19:53
  • Gundem
  • 330
Rəhmanov Mahir Xanoğlan oğlu
Ləj kəndinin ,,qarabağ veteranlarından,, biri də Rəhmanov Mahr Xanoğlan oğludur.Rəhmanov Mahir Xanoğlan oğlu 1973-cü ilin Mart ayının 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur.1979-cu ilin 1 sentyabırında Ləj kənd məktəbinin I sinifinə getmiş və 1989-cu ildə oranı müvəffəqiyyətlə bitirmişdir.Orta təsilini başa vurandan sonra Mahir 1990-cı ildə təhsilini davam etdirmək üçün Bakı Sınaye Pedoqoji Texnikumunun ,,mexanika,, fakültəsinə daxil olmuşur.Erməni faşistlərinin torpaqlarımıza soxulmasını,şəhər və kəndlərimizin düşmən tərəfindən vəhşicəsinə dağıdılmasını görən Mahir buna biganə qalmayaraq,nın ərazi bötüvlüyünü müdafə etmək üçün Azərbayc könüllü olaraq cəbhəyə yollandı.O ,,dəniz desantı ,.olmuşdur.Rəhmanov Mahir Xanoğlan oğlunun şanlı döyüş yolu üç məhələyə bölünür.Birinci mərhələdə o Ağdərə rayonu istiqamət uğrunda gedən qızğın döyüşlərdə Talış,Maqaviz və Sərhəng su anbarı ermənilərdən müdafiə etmək üçün vuruşmuş və bu döyüşlərdə çoxlu silahdaşlarını itirmişdir.
İkinci mərhələdə isə o,Ağdam cəbhəsində Ağdamın düşmənlərdən geri almaq üçün vuruşmuş və bu cəbhədə əsas döyüş xətti Kurapatkino,Mərizli,Qiyaməddinli kəndlərinin azad olunması və Fərrux dağı istiqamətində olan qızğın döyüşlər olmuşdur.Bu cəbhədə də Mahir öz ən yaxın silahdaşlarını itirmiş lakin öz səriştəsi ilə düşmənə laqyiqincə muqavimət göstərmiş və xüsusi qəhrəmanlıqla vuruşmuşdur.
Üçüncü mərhələ isə Füzuli cəbhəsində Füzuli rayonunun kəndlərini və rayon mərkəzinin mudafiəsi uğrunda vuruşmuşdur.Burada olan əsas döyüş xətti Horadiz,Əhmədbəyli,Kərimbəyli kəndləri uğrunda gedən qızğın döyüşlərdə yaxından iştirak etmiş və \yağlılar ətrafında gedən döyüşlərdə üsusi qəhrəmanlıqlar göstərmişdir.Məhz bunun nəticəsində Füzuli rayonunun 22 kəndi düşməndən azad edilmişdir.lakin Alanlı uğrunda gedən döyüşlərdə o öz həmkəndlisi və sonradan Azərbaycan respublikası Milli Qəhrəmanı adını almış şəhid Natiq Aslanovu itirmiş və onun cənazəsini qospitala gətirilməsində yaxından köməklik göstərmişdir.Füzuli rayonunun kəndlərinin bir hissəsinin ermənilərdən azad olunmasından sonra Rəhmanov Mahir Xanoğlan oğlu 1993-cü ildə Ağdam cəbhəsinə qayıtmış və orada da qızğın döyüşlərə girmişdir.Lakin Ağdamın geri qaytarılması uğrunda gedən döyüşlərdə minaya düşərək ayağını itirmiş və ayyağının 3\1 hissəsi Amblutasiya edilmişdir.Yaralanan Mahir Sarıcalı qospitalına gətirilir.Lakin orada olan tələbə yoldaşı Natəvan xanım Mahirin reanemasyaya aparılmasına köməklik göstərir.Orada o,Maahirin yaralı şəklini çəkərək şərəf lövhəsinə vurur.Reanemasiyada 3 gündən sonra özünə gələn Mahir elə natəvan xanımın yaxından köməkliyi ilə Bakıya qospitala göndərilir.Mahir sonra xəbər tutur ki,tələbə yoldaşı \natəvan xanım vətəni müdafiə etmək üçün cəbhəyə yollanıb.İyun ayının 31-də yaralı Mahiri paalin qospitalına aparırlar və 1 ay orada mualicə alandan sonra isə Artopedik mərkəzininProtez zovoduna göndərirlər.O ,vaxtdan Rəhmanov Mahir bir ayağını itirir və bu günə qədər protez ayaqla gəzir.Hərbi xidmətdən sonra Net Akademiysına daxil olmuş və radiomexanik fakültəsini bitirmişdir.1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ,,Qarbağ muharibəsi əlili,.stasunu almışdır.Vetreranlq vəsiqəsinin nömrəsi :205276.-dır.Rəhmanov Mahir Xanoğlan oğlu ailəlidir.hal-hazırda 3 uşağı var.

Aqşin Mistanlı
Tədqiqatçı-Tarixçi

Rəhmanov Mahir Xanoğlan oğlu
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930