» » Əxalqsız qadın necə tövbə etdi?..- Cümə bəhsləri

Əxalqsız qadın necə tövbə etdi?..- Cümə bəhsləri

Əxalqsız qadın necə tövbə etdi?..- Cümə bəhsləri
Zinakarlıq edən bir qadının tövbə edib evləndikdən sonra doğduğu 7 oğulun hər biri İsrail oğullarının peyğəmbəri oldu...

Deyirlər, Allahın tövbə qapısı daim açıqdı. Bəzən illərlə günah içində yaşayan, rüşvətxorluq, sələmçilik, oğurluq, əyyaşlıq, zinakarlıq, fahişəlik və s. edən şəxslər elə düşünür ki, tövbə etsələr belə, Allah-Təala daha onları bağışlamaz. Və deyirlər ki, əşşi, bizim yerimiz onsuz da cəhənnəmdir- bundan sonra da həmişəki kimi günah içində yaşamağa davam edək. Təbii ki, belələri yanılırlar. Moderator.az-ın “Tənbihul-ğafilin” kitabından misal gətirdiyi bir fahişə qadının necə tövbə etməsi haqdakı hekayət bu mənada ibrətamizdir.

“Bəni-İsrail tayfasından pul müqabilində zina edən bir qadın var idi. Çoxlarını gözəlliyi ilə yoldan çıxardardı. Evinin qapısı həmişə açıq olardı. Bu fahişənin evinin önündən keçən hər kəs onun qapının yanında bir kürsüdə oturduğunu görərdi. Həmin qadına baxan kişilərin çoxu yoldan çıxardı. Onun yanına girmək istəyənlər isə bir qədər qızıl hazırlamalı idi.

Bir gün bu zinakar qadının evinin yanından bir abid (Allaha daim ibadətdə olan bəndə) keçirdi. Fahişəni görəndə gözəlliyindən o da başını itirdi. Və dua etdi ki, Allah onu azğınlıqdan xilas etsin. Ancaq bu da abidin ürəyindən fahişənin fitnəsini çıxarmadı. O, nəfsinə aldandı, əşyalarından birini satıb lazımi miqdarda qızıl əldə etdi və həmin qadının evinin qapısına gedib qızılı ona verdi. Fahişə ona bir müddət sonra gəlməsini söylədi və bəzənib-düzənib otağında oturdu. Deyilən vaxtda abid içəri girib onun yanında əyləşdi. O, bu zinakar qadına yaxınlaşdıqca düşünürdü: “Axı mən indi nə edirəmsə, Allah görür? Axı etdiyim əməl haramdır? Və mənim bütün xeyir əməllərim yox oldu...” Bunları fikirləşəndə kişi çox qorxdu, bütün bədəni titrədi və üzünün rəngi dəyişdi. Qadın ona baxıb üzünün dəyişdiyini görərək soruşdu: “Sənə nə oldu?” Abid cavab verdi: “Mən Allahdan qorxuram, icazə ver, çıxım”.

Fahişə heyrətlə ona dedi: “Dayan, axı çoxu mənim yanımda olmağa can atır? Sənə nə oldu belə?!.”
İbadətkar adam dedi: “Gerçəkdən mən Allahın qəzəbindən qorxuram. Qoy verdiyim qızıl sənin üçün halal olsun”. Qadın ondan soruşdu: “Yəqin ki, sən heç zaman zina etməmisən?”. Abid “Bəli, heç zaman etməmişəm” cavabını verdi. Fahişə soruşdu: “Adın nədir, haradansan?” Kişi adını və yaşadığı yeri söylədi. Qadın ona çıxmağa icazə verdi.

Abid bayıra çıxdı. Zina etmək məqsədilə bir fahişənin yanına gəlməsindən çox üzülərək dedi: “Mən özümü məhv etdim”. Sonra isə ağladı.

Fəqət, bu insanın davranışının bərəkəti sayəsində zinakar qadının qəlbində Allah qorxusu meydana gəldi. O, öz-özünə dedi: “Yəqin ki, bu adam ilk dəfə belə günah əməl edib. Bəs mən neçə illərdir günah işləyirəm? Bu adamın qorxduğu Rəbb mənim də Rəbbimdir və mən Ondan daha çox qorxmalıyam... “
Bunları dərk edən fahişə qadın günahlarından tövbə etdi, qapılarını bağladı, köhnə paltarlarını geyindi və Allahın istədiyi qədər Ona ibadət etdi. Bir gün isə o, öz-özünə düşündü: “Doğrudan, əgər mən bu adamla görüşsəm, bəlkə o, məni arvad edər, mən də ona itaət edər və onun dinini öyrənərəm”.
Qadın özünü hazırladı, var-dövlətini, qullarını götürdü və abidin kəndinə yollandı. Evini tapdıqdan sonra abiddən bayıra çıxmasını istədi. Abid çıxdı. Qadın üzünü örtmüşdü. Onu gördükdə üzünü açdı. Abid bu qadını tanıyıb aralarında olanı xatırladıqda qəflətən qışqırdı və ruhu bədənindən çıxdı...
Qadın qəm-qüssəyə batdı. O, abidin həmkəndlilərindən soruşdu: “Bu adama görə mən evimi tərk etdim, amma o öldü. Görəsən, qohumları arasında arvada ehtiyacı olan varmı?” Ona belə cavab verdilər:”Dindar bir qardaşı var, amma yoxsuldur “. Qadın dedi: “Zərər yoxdur, mən zənginəm”. Qadın abidin qardaşı ilə tanış oldu və onunla evləndi. Keçmişdə fahişə olmuş və sonra tövbə edərək Allah yoluna qayıtmış bu qadının yeddi oğlu dünyaya gəldi və onların hər biri İsrail oğullarının peyğəmbəri oldu”... /Moderator.az/
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930