» » Füzulidə YAP-ın illiyi qeyd olundu

Füzulidə YAP-ın illiyi qeyd olundu

Füzulidə YAP-ın illiyi qeyd olundu
Horadiz şəhərindəki Heydər Əliyev adına parkda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə ümumrayon tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, icra nümayəndələri, bələdiyyələr, ziyalılar iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin parkdakı abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən icra başçısı Alı Alıyev bildirib ki, Azərbaycanın tarixinə unudulmaz bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır:

Görkəmli siyasi xadim Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edən Alı Alıyev Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda əsas rol oynayan YAP-ın yaranmasını ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi olduğunu vurğulayıb.

Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.

YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və digərləri çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, qazandığı nailiyyətlərdən və cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakından bəhs ediblər.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan bir qrup gəncə partiya biletləri təqdim edilib.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031