» » Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı

Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı

Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı

Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı, "Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, artıq Natiq Əliyev gəmisi ilk səfərinə çıxıb. Gəmi Arktika, Norveç, Kanadada ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyır. Eyni zamanda 4 növ yük daşıma qabiliyyətinə malikdir. Arktikada buzlarda rahat hərəkət edir.

Gəmidə Natiq Əliyev güşəsi də var, orada mərhum nazirin fotoları, onunla bağlı kitablar yer alıb.

Qeyd edək ki, bir neçə gündən sonra noyabrın 23-də Natiq Əliyevin 70 illik yubileyidir.

Xatırladaq ki, Mübariz Mənsimov Natiq Əliyevlə yaxın dost olduğunu açıqlamışdı: "Bu gəmi çox özəl bir gəmidir. Buzları belə qıraraq üzən gəmi... Dünya sularında olacaq və dostumun adını okeanlarda tanıdacaq. Natiq Əliyevi yalnız Azərbaycan deyil, bütün Türk dünyası itirdi. Mən isə ən yaxın dostumu..."
Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı
Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı
Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031