» » “Bayraq günü” münasibəti ilə tədbir

“Bayraq günü” münasibəti ilə tədbir

“Bayraq günü” münasibəti ilə tədbir

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün, bizim hər birimiz üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.Mingəçevir təhsili də bu dəyərləri daim yaşadır.Bütün ümumtəhsil müəssisələrində bu gün münasibəti ilə tədbir keçirilib.Belə möhtəşəm tədbirlərdən biri də bu gün 1 saylı tam orta məktəbdə keçirildi.


Məktəbin şagirdlərinin repertuarından Himnimizə və Dövlət bayrağımıza həsr olunmuş şeirlər,mahnılar rəqs nömrələri nümayiş olundu. Şagirdlərin hazırladıqları kompozisiya çox maraqla qarşılanıb. Tədbirin təşkilatçıları məktəbin müəllimələri Əliyeva Lalə və Həsənova Səbinə müəllimə tədbirdə 1990-cı ildə ölkəmizdə baş verən hadisələri xatırladaraq, 70 ildən sonra üçrəngli bayrağımızın Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunmasından, Azərbaycan Ali Soveti qarşısında bununla bağlı vəsatət qaldırılmasından danışılıblar.
Xatırladaq ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin Dövlət Bayrağı gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən Azərbaycanda hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Esmira Hidayətova
“Bayraq günü” münasibəti ilə tədbir
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930